Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - Fotolar

Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - Fotolar"Bir az da gec müdaxilə olunsaydı, bəlkə də, infeksiya bədənimə yayılıb ölə bilərdim".

BiG.AZ xəbər verir ki, bu sözləri qafqazinfo-ya müraciətində Bakı sakini Nəzirə Salehova deyib. O bildirib ki, aprelin 27-də Real Hospitalında fəaliyyət göstərən plastik cərrah Mübariz Məmmədliyə liposaksiya və lipofillinq əməliyyatı etdirib. Əməliyyatdan əvvəl bütün analizləri normal çıxsa da, sonradan vəziyyəti ağırlaşmağa başlayıb:

"Əməliyyatdan sonra özümü pis hiss etməyə başladım. İstiliyim qalxdı, təzyiqim düşdü. Həkim dedi ki, nəticələr hər insanda fərqli olur, buna görə narahat olmayım. 2 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ancaq getdikcə vəziyyətim pisləşməyə başladı. Yenidən həkimlə əlaqə saxladım və səhhətimlə əlaqədar 10 gün xəstəxanaya gedib gəldim.

Bir müddət sonra sağ döşümdə şişkinlik yaranmağa başladı, rəngi də dəyişmişdi. Xəstəxanaya getdim, şprislə deşdi və sonra dedi ki, problem yoxdur.

Ancaq həmin gecə döşüm daha da şişdi və ləkələr yaranmağa başladı. Səhər ultrasəs müayinəsinə girdim və məlum oldu ki, yığıntılar var. Sinəmi yarıb günlərlə çirk çıxartdılar. Daha sonra müəyyən oldu ki, gec müdaxilə olunduğu üçün artıq infeksiya qanıma, ürəyimə, qaraciyərimə keçib".

N.Salehova vəziyyəti daha ağırlaşdığı üçün başqa xəstəxanya üz tutub:

"Digər xəstəxanada güclü müalicə aldım. İndi vəziyyətim nisbətən yaxşıdır. Həkimlər deyir ki, tam sağlamlığımı bir ilə qazanacam".

Şikayətçi məsələylə bağlı artıq prokurorluğa müraciət edib.

Məsələ ilə bağlı plastik cərrah Mübariz Məmmədli ilə əlaqə saxlanılıb. Xəstənin sözlərini təkzib edən həkim bildirib ki, infeksiyanın əməliyyat zamanı düşməməsi ilə bağlı əllərində sənəd var:

"Bu məlumatın yalan olması artıq təsdiqlənib. Yaxında həmin xanımı şər-böhtan atdığına görə məhkəməyə verəcəyik. Həqiqətən də xanımın sinəsinə infeksiya düşüb. Ancaq bu, əməliyyatın nəticəsi deyil. Bizim xəstəxanada ona hər hansı bir infeksiya keçməyib. Çünki biz ondan sonra əməliyyatxanamızı qanuni şəkildə yoxlatmışıq və onun sinəsində tapılan infeksiya bizdə aşkar edilməyib. İnfeksiya başqa bir yerdə yoluxub. Əgər problem bizdə olsaydı, həm hər iki sinəsi, həm də popo nahiyyəsi irinləyərdi. Xəstə əməliyyatdan sonra dediklərimizə əməl etməyib və əməliyyat ağırlaşması baş verib. Heç bir həkim istəməz ki, belə bir hadisə olsun. Əlimizdə sənədlərimiz də var və mənəvi ziyan vurduğuna görə, məhkəmə qarşısında cavab verəcək".

Xatırladaq ki, həkim M.Məmmədli bir müddət özünü əməliyyat etməsi ilə media gündəminə gəlmişdi.
Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - FotolarAzərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - FotolarAzərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7230   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

16:53 89
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1861
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

12:20 57
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

17:52 41
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 298
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

17:48 21
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

12:39 74
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

12:04 736
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 434