Rusiyadan Azərbaycana yaxınlıq göstərişi verildi lakin erməni lobbisi...

Rusiyadan Azərbaycana yaxınlıq göstərişi verildi lakin erməni lobbisi...Rusiyanın iqtidar dairələrinə yaxın məşhur ictimai-siyasi xadim, filosof və publisist Aleksandr Dugin virtualaz.org-a verdiyi müsahibədə Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edib.

"Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar", - Dugin bildirib.

"Bilirik ki, Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur!" – həmsöhbətimiz qeyd edir.

Aleksandr Duginin fikrincə, Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. "Bircə Krım istisnadır", - o vurğulayıb.

Rusiyadan Azərbaycana yaxınlıq göstərişi verildi lakin erməni lobbisi...Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir. "Lap bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko "Exo Moskvı" radiosytansiyasının efirində bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF-də əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur", - Aleksandr Dugin deyib.

"Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur", - müsahibimiz bildirib.

Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı Dugin deyib: "Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233