"Narıncı mebel" MMC rəhbəri müştərilərinin aldadılması İDDİASINA BELƏ AYDINLIQ GƏTİRDİ - FOTO

"Narıncı mebel" MMC rəhbəri müştərilərinin aldadılması İDDİASINA BELƏ AYDINLIQ GƏTİRDİ - FOTOXəbər verdiyimiz kimi faktor.az saytına "Narıncı Mebel" MMC-dən sikayət daxil olub.

Şiakyətdə bildirilir ki, Abdulova Elnarə Mirzə qızı adıçəkilən şirkət haqqında internet vasitəsi ilə məlumat alıb. Daha sonra Bakı şəhəri, M.Hadi küçəsi 136 ünvanında yerləşən "Mebel" MMC direktoru Kişibəyova Ülkər Vaqif qızının işlədiyi yerə gedib. Tanışlıq və söhbət əsnasında razılaşma olub və elə həmin gün Ülkər və onun işçisi Rəvanla birlikdə Elnarə xanımın yaşadığı ünvana gəlib evə baxış keçirilib. Mebellərin yerləşməsi üçün ölçülər götürülüb və sifariş verilib. Həmin günün axsamı da müqavilə bağlanıb və 1200 manat ödəniş olunub. Ülkər xanım pulu aldıqdan sonra müştəri Elnarə xanıma söz verib ki, mebelləri 20 gün ərzində çatdırılacaq. Ancaq 1 aydan da çox müddət keçdikdən sonra mebellərin hələ də təhvil verilməməsindən narazı qalan Elnarə xanım rəhbərliklə əlaqə saxlasa da müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışıblar. Vəziyyətin uzandığını görən müştəri Ülkər xanıma polisə müraciət edəcəyini sözlədikdə isə bu cavabı alıb: "Mən sizin kimlərini çox görmüşəm, mənəhədə-qorxu gəlməyin, mən heç kəsdən qorxmuram, heç bir qanun tanımıram, bura Azərbaycandır".

Bununla bağlı BiG.AZ-a açıqlama verən "Narıncı Mebel" MMC-nin direktoru Ülkər Kişibəyova bildirib ki, Elnarə Abdullayeva yoldaşı ilə birlikdə ofsimizə yaxınlaşaraq təmirdə olan evləri üçün fərqli çeşiddə mebel sifarişi ilə bağlı müraciət edib: "Öz istəkləri əsasında razılığa gəlinərək 12 iyul 2017-ci il tarixli müqavilə bağlanıb. Elnarə xanımın dediyinə əsasən müqavilə bağlandığı gündən 20 gün sonra evlərində gedən təmir işləri yekunlaşacaqmış. Buna görə də mebellər 20 gün ərzində təhvil verilməli idi. İşçilərimizin mebelləri yerləşdirməsi üçün təmir işlərinin yekunlaşdırılmasına ehtiyac var idi. Lakin biz Elnarə xanımın evinə baxış keçirən zaman təmir işlərinin davam etdiyini gördük. Bu səbəbdən Elnarə xanımın sifariş etdiyi mebel, sadəcə divan hazır idi. Digər mebellərin hazırlanması işləri davam etdirilirdi. Buna baxmayaraq onlar gözləmək istəmədiklərini və ödədikləri puıu geri qaytarılmasını tələb etdilər. Qismən ödənilən məbləğ mebellərin hazırlanması üçün istifadə olunduğu üçün ödənişi nəğd geri qaytarmaq mümkün olmadı".

O, vurğulayıb ki, bu mövzu ilə bağlı onların vəkili Sünbül xanım bizimlə əlaqə saxlayıb: "Bizim tərəfimizdən təklif olundu ki, alınan məbləğ divanla birlikdə hissə-hissə ödənilsin. Onlar buna etiraz edərək pulu bütöv şəkildə istədiklərini bildirdilər. Hətta divandan imtina edərək, pulu qaytaran zaman divanı da gətirməyi tələb etdilər. Müqavilənin bitməsindən 1 il keçib. Bu müddət ərzində nə vəkil nə də Elnarə xanım bizimlə əlaqə saxlamayıb. Şirkətimiz çox böyük böhran yaşadığı üçün vətəndaşlardan alınan məvacibi bütöv şəklində geri qaytarmağa şirkətin maddi büdcəsi kifayət qədər deyildir".

"Narıncı mebel" MMC rəhbəri müştərilərinin aldadılması İDDİASINA BELƏ AYDINLIQ GƏTİRDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1447   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995