"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKT

"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKTBakı sakini Məmmədov Tural Allahverdi oğlu redaksiyamıza müraciət edərək "Narıncı Mebel" MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızının onu aldadaraq 9 min manat pulunu aldığını söyləyib.

Şikayətçi bildirib ki, Ülkər Kişibəyova hissə-hissə bir ay ərzində 9 min manat pul verib: "Mebelin qiyməti 14 min idi. Sonra 12 minə endirildi. Bəzi mebellər çıxarıldıqdan sonra 11 min manat ödəməliydim. Biz onunla 2017-ci ilin sentyabrında müqavilə bağlamışıq. Həmin vaxtdan nə mebelləri verir, nə də ödədiyim 9 min manat pulu. Mən ona dedim ki, dekabrda evimə köçməliyəm mebelləri hazır elə. O, da bildirdi ki, yanvarın 20-nə kimi mebelləri quraşdıracağıq. Yanvarın sonu yenidən onunla əlaqə saxladım. Bildirdim ki, ya mebelləri ver, ya da ödədiyim pulu. Biz onunla ofisində görüşdük. Həyat yoldaşım həmin görüşdə iştirak edib, qadının səsini yazıb. O, başladı yalan danışmağa ki, mən istədim sizin üçün yaxşı olsun, keyfiyyətsiz mebel vermək istəmədim. Ona sual verdim ki, sən nəyə əsaslanıb belə deyirsən. 11 min manata danışılan mebelin 9 mini ödəmişəm. Mebellərin hazır edilməsi üçün 9 min manat yetərli idi. O, mənə bildirdi ki, mənə 5-10 gün vaxt ver. Pulunu sənə qaytaracam. Yenə də sözünün üstündə durmadı. Mən ona dedim ki, gedib səni polisə şikayət edəcəm. O, da cavabında kimə istəyirsən şikayət elə. Mənim sənə verməyə pulum yoxdur. Onun sözündən elə çıxdı ki, o heç kimi saymır. Mən də məcbur olub Xətai Rayonun 34-cü Polis Bölməsinə şikayət etdim. Qadın polis bölməsinə çağırılıb ifadəsi alınıb. Amma üzləşmə olmayıb. Məndən başqa da o qadından 3 nəfər şikayət edib. Tədqiqatçı bildirdi ki, şikayəti Xətai Rayon Polis İdarəsinə göndərəcəm. Polis bölməsindən bu günə kimi nə bir dəfə məni çağırıblar, nə də istintaqdan bir xəbər yoxdur. Sonda da bildirdilər ki, burada dələduzluq yoxdur. Ona görə də bu məsələni məhkəməyə göndərəcəyik. Dələduzluq hesab edilməməsinin səbəbi isə imzalanan müqavilə göstərilir. Həm də qadın ifadəsində deməyib ki, pulu ödəmirəm. Ona görə də dələduz hesab olunmur. Mən də bildirdim ki, əgər elədirsə "Narıncı Mebel" MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızı ayrı-ayrı vaxtlarda bu qədər insanı aldadırsa bunun adı nədir? Şikayətim nə məhkəməyə göndərilməyib, nə də həmin qadın cəzalandırılmayıb. Fevral ayından məni bir dəfə də olsa Xətai Rayon Polis İdarəsindən çağıran olmayıb. Mənim vətəndaş kimi şikayətimə baxan yoxdur. Mən özümü təhlükədə hiss edirəm. Əgər mən hüquqi bir dövlətdə yaşayıramsa təhlükəsizliyim qanunlarla tənzimlənir. Amma bu gün görürəm ki, mənim nə təhlükəsizliyim nə də hüquqlarım qorunmur. Deməli hüuqi dövlətdə yaşamıram".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aysel Yusifqızı

"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKT"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKT"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2099   Tarix: 04 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 147
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 163
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 346
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154