Bir vaxtlar nazir qəbuluna düşə bilməyən nazirlərimiz

Bir vaxtlar nazir qəbuluna düşə bilməyən nazirlərimizİlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsilə iqtidar komandasının tərkibi yeniləndi. Nazirlər Kabineti formalaşdırılarkən gənc və perspektivli kadrlara üstünlük verildi.

Əvvəlki komandada vətəndaşlarla yanaşı, parlamentin deputatlarını da narazı salan nazirlər, komitə rəhbərləri vardı. Dəfələrlə Milli Məclisin iclaslarında hansısa nazirin qəəbuluna düşə bilməyən deputatların narazılığı səsləndirilib. Hətta yeni təyinat alanlar, bir vaxtlar hansısa nazirin köməkçisilə belə əlaqə qurmaqda çətinlik çəkib. Aylarla nazirlərin qəbuluna düşə bilməyən vətəndaş süründürməçiliyindən isə hamımız haliyik. Bəs yeni nazirlər və komitə sədrlərinin bu istiqamətdə fəaliyyəti necə qurulacaq? Fəaliyyətə başladıqları qısa müddət ərzində onlar barədə ilkin təəssüratlar necədir?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, yeni təyinat alan nazirlər və komitə sədrləri fərqli dünyagörüşünə, fərqli düşüncə tərzinə malikdirlər:
"Onlar əvvəlki kolleqalarından fərqli olaraq, cəmiyyətə tamamilə açıqdılar. Onların bir neçəsinin parlamentdən çıxdığını nəzərə alsaq, dediklərimizi nə iləsə təsdiqləməyə ehtiyac qalmır. Çünki həmin şəxslər deputat olduqları müddətdə də hər zaman ictimaiyyətə, kütləvi informasiya vasitələrinə açıq olublar".

F.Ağamalı bildirib ki, indi yüksək vəzifələrə təyin olunan şəxslərin özü də bir vaxtlar eks-nazirlərin qəbuluna düşməkdə çətinliklərlə qarşılaşıblar:

"Qeyd etdiyimiz laqeyid münasibət onlara qarşı da olub. Mən buna əminəm. Əlbəttə ki, yeni rəhbələr o cür münasibətin psixoloji ağırlığına məruz qalıblar. Mən əminəm ki, onlar heç zaman bu cür davranışları tətbiq etməzlər. Şəxsən mənim özüm yeni təyinatları ilə bağlı hər birini təbrik etmişəm. Həmin vaxt hamısının telefonları açıq idi. Və mən tamamilə əminəm ki, bu, hər zaman belə olacaq. Onlar fərqli iş metdou ilə millətimizə, dövlətimizə layiqincə xidmət edəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3088   Tarix: 03 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 188
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 265
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 411
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 418
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 240
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 187
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 140
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 152
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 256