Azərbaycanda deputatın həkim qızı iynəni doğuşa gələn qadının qarnında qoydu - FOTOLAR

Azərbaycanda deputatın həkim qızı iynəni doğuşa gələn qadının qarnında qoydu - FOTOLARƏməliyyat zamanı iynə xəstənin qarnında qalıb.

Faktor.az xəbər verir ki, bunu Sabirabad rayon sakini Vüsalə Abdullayeva Vüsalə bildirib.

O iddia edir ki, həkim Xəlilova Günay Mirzəcan qızı əməliyyat zamanı iynəni sındırıb və yarımçıq iynə onun qarın boşluğunda qalıb:

"2016-cı ildə Sabirabad rayon Doğum Evində gözümdə problem olduğu üçün qeysəriyyə əməliyyatı oldum. Uşağım dünyaya gəldi. Lakin əməliyyatdan 5-6 ay sonra vəziyyətim getdikcə pisləşdi. Həmin gündən bu ilin fevralına kimi müalicə alırdım, lakin bir xeyri olmurdu. Sonradan məlum oldu ki, qeysəriyyə əməliyyatı zamanı iynə sınıb və yarısı mənim qarnımda qalıb. Həmin həkimə müraciət etdim ki, bəs əməliyyat zamanı belə bir şey baş verib, biz nə edək? O, mənə heç bir köməklik etmədi. Məcbur başqa yerdə əməliyyat olunub, iynəni çıxartdırdıq. Deyəndə ki, sizdən şikayət edəcəm. Bildirdi ki, get, kimə nə istəyirsən de. Mənə heç kim heç nə edə bilməz. Qeyd edim ki, iynənin qeysəriyyə əməliyyatı zamanı qarnımda qalması ilə bağlı tibbi ekspertizanın rəyi də var. İş hazırda Sabirabad rayon Prokurorluğundadır. İynəni çıxardan Leyla Şıxlinskaya klinikasının həkimi Rəşad Babayevə iynəni əməliyyat zamanı qarnımda qoyan həkim Günay Xəlilova təzyiqlər edib. Rəşad həkim mənə dedi ki, xahiş edirəm ərizəni geri götürün. Məni işdən çıxarmaqla və ailəmlə hədələyirlər. Rəşad Babayev bu baş verənlərdən sonra izahatında bildirdi ki, iynəni çıxarmışam və heç bir fəsadı yoxdur. Ekspertiza rəy verdi ki, iynə qeysəriyyə əməliyyat zamanı qarında qalıb, amma heç bir fəsadı yoxdur. Sonra mən Rəşad həkimlə əlaqə saxladım ki, sən niyə bu cür izahat verdin? Cavabında bildirdi ki, mən sizə dedim axı, işimi itirməkdən qorxuram. Mənə olan təzyiqlərdən sonra o cür izahat verə bilməzdim. Hazırda mən ekspertiza rəyindən imtina etmişəm. Çünki mənim bədənimdə hələ də yara var və mən müalicə alıram".

Azərbaycanda deputatın həkim qızı iynəni doğuşa gələn qadının qarnında qoydu - FOTOLARAzərbaycanda deputatın həkim qızı iynəni doğuşa gələn qadının qarnında qoydu - FOTOLARQeyd edək ki, Günay Xəlilova Sumqayıt şəhərinin deputatı və "Azərsutəchizattikinti" ASC-nin sədri Mirzəcan Xəlilovun qızıdır. Hazırda Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ginekoloq kimi fəaliyyət göstərir. Məsələ ilə bağlı G.Xəlilova ilə əlaqə saxladıq. O, iddiaçının haqsız olduğunu bildirdi:

"Siz prokurorluq deyilsiniz. İstər Səhiyyə Nazirliyi, istərsə də aidiyyatı orqanların bu haqda məlumatı var. Mən Sabirabadda 3 il canımı qoyumuşam və o cür problemli insanlarla rastlaşmışam. Çox yaxşı bilirlər ki, mənim onlara verəcək qəpiyim də yoxdur, sıravi həkiməm. Mənim yaxın adamımın imkanı varsa, o qədər də saxladığı yetim-yesiri var. Dərinə gedəndə mən tək qadınam və 3 uşağa təkbaşıma baxıram. Sizi inandırıram ki, onların səsinə səs verən olmayacaq. Çünki haqsızdırlar. Mən nəyə görə onlara pul verməliyəm? Mənim kimə borcum var? Can borcum var onlara? Əgər haqsız olmasalar, mediaya yox, başqa orqanlara şikayət edərdilər. Nə vaxt istəsəniz, üzbəüz söhbət edə bilərik. Mənlə görüşməmiş bu xəbəri çıxarsanız, problemlər yaşayacaqsınız".

Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, baş verən hadisədən xəbərdardırlar lakin, iş prokurorluqda olduğu üçün ətraflı məlumat verə bilməyəcəklər.

Sabirabad rayon Prokurorluğundan isə söylədilər ki, hazırda iş istintaq mərhələsindədir deyə, geniş məlumat verə bilmirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4652   Tarix: 30 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999