Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLAN

Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLANErmənistan hökuməti Sərhəd Xidmətinə yeni əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib. İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən çıxarılmasından gedir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, 1990-cı illərdə Ermənistan və Rusiya arasında bağlanmış müqaviləyə əsasən Türkiyə və İran sərhədini rus sərhədçilər qoruyur. Sonrakı dövrdə həmin bölgədəki zastavalara ermənilər muzdlu əsgər kimi qəbul edilib, lakin ümumi nəzarət rusların əlindədir.

Rusiyanın öz sərhədçilərini İran və Türkiyə sərhədinə yerləşdirməkdə məqsədi Ermənistanda hərbi mövcudluğunu sürdürməklə yanaşı, gələcək geosiyasi proseslərdə Ankara və Tehrana qarşı hücum ehtimalında bu bölgədən platforma kimi istifadə etməkdir. Həmçinin, indiki situasiyada forpostu olan Ermənistanın bu iki ölkəyə açılışının dolayısı ilə qarşısını alır.

Hətta Rusiya sərhədçiləri nəzarət etdikləri ərazidə erməni hökumətinin hər hansı iş görməsinə belə icazə vermirlər. Ötən ilin dekabrında baş verən hadisə buna əyani nümunədir. Belə ki, Ermənistanın İranla sərhədi yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırıldı. Ermənistan mediası bu hadisəni "İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması" kimi dəyərləndirmişdi. Erməni siyasi şərhçi Tevos Arşakyan yazırdı ki, "Bu gün yolun təmirinə icazə vermirlər, sabah başqa şeylərə qadağalar qoyulacaq, digər sərhəd ərazilər də zəbt olunacaq. Daha sonra Ermənistan adlı dövlət xəritədən silinəcək".

Görünür, Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Türkiyə və İran sərhədindəki rus sərhədçilərini erməni sərhədçilərlə əvəzləmək niyyətindədir.

Burada geosiyasi proseslər də diqqət çəkir və belə ehtimal yaranır ki, rus sərhədçilərin bu bölgədən çıxarılmasını Vaşinqton istəyir. Çünki ABŞ-ın İrana hücum planında Ermənistanın sərhədləri yaxşı platforma rolunu oynaya bilər. Lakin İrəvanın bu sərhədləri qoruya biləcək potensialının az olmasını nəzərə alsaq, hesab etmək olar ki, gələcəkdə rus sərhədçilərinin yerini amerikalı hərbiçilər tuta bilər və onlar İrana qurudan hücumda əsas rol oyna bilər.

Moskva buna icazə verərmi?

Paşinyan Rusiya ilə münasibətləri davam etdirəcəyini israrla bildirir, lakin onun real addımları bunun əksini göstərir. Bu baxımdan, rus sərhədçilərinin çıxarılması Moskva üçün ciddi siqnaldır. Birincisi, bu bölgə Rusiyaya gələcək strategiyası üçün lazımdır, ikincisi, Moskva rus sərhədçilərinin çıxarılmasına göz yumarsa, bu, digər rus bazalarının Ermənistandan çıxarılması üçün presedent yarada bilər. Deməli, Moskva məsələni sakit qarşılamayacaq. Proseslər rusların İrəvana müdaxiləsi ilə də yekunlaşa bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2296   Tarix: 30 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467