"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLAR

"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLARHarvard Universiteti ABŞ-ın ən qədim təhsil ocağı sayılır. 1636-cı ildə fəaliyyətə başlayan bu universitet hazırda dünyanın üç ən nüfuzlu ali məktəbindən biridir. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. İngilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladı olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını bu təhsil ocağına bağışlayıb. Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.

Dünyanın məşhur insanları, böyük şəxsiyyətləri Harvard Universitetinin məzunu olublar. Onlardan 45 nəfəri Nobel mükafatı laureatı, 30-dan çoxu isə dövlət başçısıdır. ABŞ-ın bir neçə sabiq prezidenti, o cümlədən sonuncu dövlət rəhbəri Barak Obama və xanımı Mişel, Feysbukun yaradıcısı Mark Zukerberq, Microsoft-un qurucusu Bill Qeyts "Harvard"da təhsil alıblar.

Bu nəhəng ali təhsil ocağını bitirənlər arasında azərbaycanlılar da var və onlardan bəziləri hazırda yüksək dövlət vəzifəsində çalışır.

Azxeber.com Azər Niftiyevin təqdimatında Harvard Universitetinini bitirən azərbaycanlılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov 2000-ci ildə Harvard Universitetinin Kennedi adına məktəbini beynəlxalq və milli təhlükəsizlik ixtisası üzrə bitirib və son təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanı BMT-də və Fransada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLARDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2011-ci ildə Harvard Universitetini inzibati idarəçilik üzrə ixtisası üzrə bitirərək, magistr dərəcəsinə yiyələnib. Bir ay öncə yüksək vəzifəyə təyinat alan V.Hüseynov buna qədər Ucar seçicilərini Milli Məclisdə təmsil edib və ən fəal millət vəkillərindən olub.
"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLARDövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbini dövlət idarəçiliyi ixtisası üzrə bitirib və bu nüfuzlu universitetdə təhsil alan ilk azərbaycanlılardandır.
"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimov 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının diplomunu alıb. Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı M.Kərimov 6 xarici dil bilir.

"Harvard"ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var - FOTOLARPrezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev "Harvard" məzunudur və bu universiteti hüquqşünas ixtisası üzrə bitirib.

"Harvard"ı bitirən digər azərbaycanlı məzunlar:

Emin Hüseynov – Azərbaycan Respublikası Maliyyə nazirinin müavinidir. Mərkəzi Bankın Baş direktoru olub.

Ramin İsayev – "SOCAR AQŞ"ın baş direktorudur. Uzun müddətdir Dövlət Neft Şirkətində çalışır.

Fərid Şəfiyev – Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Tahir Kərimov – Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri işləyib.

Röya Talıbova – "İrəli" İctimai Birliyinin həmtəsisçisi. Prezident Administrasiyasında baş məsləhətçidir.

Rauf Məmmədov – Hazırda Qətərdə yaşadığı, burada biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Fuad Axundov – Əvvəllər İnterpolda çalışıb, indi Kanadada yaşayır. Ottavada Azərbaycan diasporunun fəal təmsilçilərindəndir.

Mikayıl Qasımov – İxtisasca riyaziyyatçıdır, Harvard Universitetini bitirən ilk azərbaycanlıdır.

Natiq Qasımov – Biznesmendir, Avropada yaşayır və fəaliyyət sahəsi maliyyə sektoruna aiddir.

Bəxtiyar Hacıyev – İctimai-siyasi fəaliyyətlə məşğuldur. "Müsbət Dəyişiklik" Gənclər Hərəkatının təsisçisidir.

Murad Sofizadə - Rusiyada yaşayır, bizneslə məşğuldur. Özünə məxsus şirkətlə yüzlərlə işçi çalışır.

Natiq Qəniyev – Maliyyə sektorunda çalışır. Londonda fəaliyyət göstərən aparıcı maliyyə şirkətlərindən birinin "CEO"sudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1369   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 255
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 186
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 325
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216