"Azərbaycanda dizel bahalaşacaq"

"Azərbaycanda dizel bahalaşacaq""Azərbaycanda da Rusiyada benzinin qiymətinin qalxması fonunda dizel yanacağının qiymətinin bahalaşması gözlənilir"

BiG.AZ xəbər verir ki, bu sözləri yenicag.az-a açıqlamasında Rusiyada ötən həftə sonları benzinin qiymətinin bahalaşmasının Azərbaycana təsiri məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Rusiyanın benzin bazarı Azərbaycandan köklü şəkildə fərqlənir. Orada bazar prinsipləri fəaliyyət göstərir və dövlətin qiymətin formalaşmasında iştirakı yoxdur. Yəni orada benzinin qiymətini dövlət təyin etmir. Ancaq dövlət aksiz vergiləri və digər vergilərin azaldılması, yaxud da qaldırılması yolu ilə qiymətlərə təsir edir. Bu anlamda Rusiyada benzinin qiymətinin qalxması məsələsində də sərbəst bazar qaydaları işləyir. Neftin qiymətinin bahalaşması və vergi yükünün artması ilə əlaqədar olaraq Rusiyada benzinin qiyməti də yüksəlib. Azərbaycanın qeyri-neft sektorunda ən böyük tərəfdaşı Rusiyadır. Bu ölkəyə kifayət qədər mal ixrac edirik. Rusiyadan da ölkəmizə kifayət qədər böyük həcmdə mal gəlir. Bu nöqteyi nəzərdən şimal ölkəsində benzinin bahalaşması fonunda loqistikanın bahalaşması, əsasən də avtomobil daşınması yolu ilə gətirilən malların, Azərbaycan məhsulunun Rusiya bazarına çıxışı üçün xərclənən vəsaitin artması gözləniləndir. Azərbaycanlılar avtomobil yollarından istifadə etməklə əsasən kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına çıxarırlar. Bu fonda onlar Rusiya ərazisində yanacağı daha baha qiymətə almalı olacaqlar. Nəticədə yaranmış vəziyyət onların Rusiyaya göndərdikləri məhsulun qiymətinə də təsir edər, onu bahalaşdırar.

Lakin bu vəziyyət qonşu ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, Azərbaycan mallarına tələbatın zəifləməsinə gətirib çıxarar. Rusiyadan ölkəmizə gətirilən məhsulların qiyməti də yaranmış vəziyyətdə ola bilsin bahalaşsın.

Azərbaycanda benzinin qiymətinin qalxıb-qalxmayacağına gəldikdə, ekspert vurğuladı ki, bu dövlətin tənzimlədiyi sahədir: "Proses Tarif Şurası vasitəsilə tənzimlənir. Keçən il həmin istiqamətdə kifayət qədər bahalaşmanın olduğunun şahidi olduq. Aİ-92 markalı benzinin qiyməti artdı. Aİ-95 və premium markalı benzinin qiymətini isə formal olaraq Tarif Şurası müəyyənləşdirmir. Reallıqda isə birbaşa SOCAR-ın nəzarətindədir və o da istədiyi şəkildə qiymətləri artıra bilər. Bu mənada ölkəmizdə də Aİ-92 markalı benzinin yaxın zamanlarda bahalaşacağını düşünmürəm. Amma dizel məsələsində belə bir addımın atılması ehtimalı yüksəkdir. Çünki, keçən ilki qiymət artımından sonra Aİ-92 markalı benzinlə dizelin qiyməti arasında kifayət qədər böyük fərq yaranıb. İndi artıq hər litrdə 30 qəpiyə yaxın fərq var. Belə bir ciddi fərqin olması mənasında da dünyanın nadir ölkəsiyik. Ona görə də dizelin qiymətinin qaldırılması istiqamətində müəyyən qərarların verilməsi ehtimalı çox yüksəkdir".

Qeyd edək ki, ötən həftə ərzində Rusiyada benzinin qiymətində artımlar baş verib. Aİ-92 markalı benzin 76 qəpik artaraq bir litri 40,76 rubl, Aİ-95 isə 79 qəpik artaraq 43,6 rubl təşkil edib. Həmçinin bu ölkədə dizel yanacağı da 79 qəpik bahalaşıb.

Həftəsonu paytaxt Moskvada bahalaşma yenidən özünü göstərib və benzinin qiymətində 88-90 qəpik artım qeydə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2900   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643