"Valideynlər uşaqların peşə seçiminə müdaxilə etməməlidir" – Vüsalə Mahirqızı – VİDEO

"Valideynlər uşaqların peşə seçiminə müdaxilə etməməlidir" – Vüsalə Mahirqızı – VİDEOARB Günəş-in "Mən məktəbli ikən" verilişinin növbəti qonağı əməkdar jurnalist, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı olub.

O bildirib ki, insanlara istəmədikləri geyimi geyindirmək olmadığı kimi, istəmədikləri həyatı yaşatmaq mümkün olmadığı kimi, istəmədikləri peşəni seçdirmək də olmaz:

"Hər gün biyara gedirmiş kimi işə getmək olmaz. Valideynlər övladına bacardıqca istiqamət verə bilər, məsləhət verə bilər. Amma "filan peşə mənim arzum olub, sən bu peşəni seç" deyən valideynləri kəskin şəkildə qınayıram. Onlar artıq övladlarının ilk uğursuzluqlarının əsasını qoyurlar. Heç bir formada valideyn bu işə qarışmamalıdır".

Tanınmış jurnalist öz peşə seçimindən də danışıb. O, bildirib ki, artıq V-VI siniflərdə oxuyanda jurnalist olcağını qərarlaşdırıb:

"Mənim də həyatımda yönləndirmə oldu. Həmin dövrdə reallıq elə idi ki, valideynlər qızlarının jurnalist olmasına elə də müsbət yanaşmırdılar. Anam mənə belə bir məsləhət verdi ki, filologiya ixtisasını seçim. Dedi ki, filologiya üzrə təhsil alsan, sonradan jurnalist peşəsinə yiyələnə bilərsən, çünki yaxşı dil-ədəbiyyat müəllimi yaxşı jurnalist ola bilir, amma jurnalistika ixtisası üzrə oxusan, müəllim kimi fəaliyyət göstərmək imkanın olmayacaq. Həyatın sənə yaratdığı fürsətlərdən istifadə edib jurnalist ola bilərsən, əgər alınmasa ən azından işsiz qalmazsan".

Vüsalə Mahırqızı valideynlərə və müəllimlərə səsələnərək, uşaqlara verilən təhsilin önəmidən də danışıb:

"Çalışmalıyıq ki, uşaqlarımız savadlı olsun, çoxdilli olsun, müxtəlif fənn olimpiadalarında iştirak etsinlər. Bu yaxınlarda maraqlı bir statistika ilə qarşılaşdım ki, bu gün bizim yetişdirdiyimiz nəsil gələcəkdə bilmədiyimiz 40-dan artıq peşənin sahibi olacaq. Həmin peşələr haqqında hələ bizim təsəvvürümüz yoxdur. Biz gələcəyin insanını yetişdirməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988