Deputat qızına görə Prezidentə minnətdarlıq etdi - FOTO

Deputat qızına görə Prezidentə minnətdarlıq etdi - FOTOBir ata, bir valideyn kimi qızımın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Xalq artisti" fəxri adına layiq görülməsinə görə çox sevinirəm.

Həddindən artıq sevincliyəm, qürurluyam. Belə bir nəcib addımına görə ölkə Prezidentinə də öz adımdan, ailəmin, qızımın adından dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qızı-tanınmış bəstəkar Aygün Səmədzadənin ölkə Prezidenti İlham Əliyev tərəfindən "Xalq artisti" fəxri adına layiq görülməsinə münasibətini bildirərkən deyib.

Qeyd edək ki, A.Səmədzadə Z.Səmədzadənin qızıdır.

Z.Səmədzadə qızı ilə yanaşı, onlarla digər sənətçinin fəxri adlara məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illik yubleyi ərəfəsində layiq görülməsinin ikiqat sevincli və əlamətdar olduğunu da sözlərinə əlavə edib.

"Qızım olduğu üçün demirəm, Aygünün yaradıcılığı çox zəngindir. Bu sənətdə çox əziyyətlər çəkib. Birinci sinifdən ta ki təhsilin digər pillələrinə qədər daim yüksəkliyə, zirvəyə doğru addımlayıb. Çox istedadlıdır, çox dəyəli bəstəkar-alimdir. Azərbaycan xalqı, Azərbaycan dinləyiciləri onun mahnılarını, əsərlərini daim böyük maraqla və həvəslə dinləyib. Mahnıları dillər əzbəridir.

Odur ki, onun zəhmətini, əməyini qiymətləndirdiyi üçün ölkə Prezidentinə sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi daim Azərbaycan mədəniyyətinə hər zaman böyük diqqət və qayğı göstərib. Buna görə də Azərbaycan dövlətinə və Azərbaycan rəhbərliyinə təşəkkür edirəm.

Eyni zamanda, bu gün Aygünlə yanaşı, onlarla digər çox dəyərli sənətçi də yüksək fəxri adlara layiiq görüldü. Onları da təbrik edirəm. Özü də çox əlamətdar və sevindirici haldır ki, bu adlar Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycan dövlətinin yüz illik yubileyi günlərində verildi. Bunun özü də çox böyük məna daşıyır".

Bu yerdə qeyd edək ki, Z.Səmədzadə qızın fəxri ada layiq görülməsi xəbərini ilk olaraq Oxu.Az-dan eşidib.

Deputat qızına görə Prezidentə minnətdarlıq etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2247   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə velosiped oğruları saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə

18:10 135
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

21:10 82
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

22:34 0
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

15:00 130
.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 151
.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

15:50 176
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

14:12 160
.

İranda 250-dən çox satanist həbs edilib

İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb

17:30 169
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 319