Bu tələbələrin yataqxana problemi həll olunur

Bu tələbələrin yataqxana problemi həll olunurGənclər Fondu aztəminatlı tələbələrin yataqxana xərclərini ödəyə bilər.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. F.Cəfərov qeyd edib ki, 7 mart 2018-ci il tarixində Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi: "Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur".

O bildirib ki, Gənclər Fondunun qarşısında dayanan yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, onların məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, "startap"ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir:

"Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 486   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

19:10 0
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

15:30 0
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 244
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 331
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 69
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 229
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 189
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292