Ermənistan hərbi aviasiyası Azərbaycanın hava məkanına girməyə cəsarət etmədi - RƏSMİ AÇIQLAMA

Ermənistan hərbi aviasiyası Azərbaycanın hava məkanına girməyə cəsarət etmədi - RƏSMİ AÇIQLAMAAzərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Qarabağdakı işğalçı birləşmələrlə birlikdə mayın 14-dən 19-na qədər Füzuli-Xocavənd istiqamətində keçirilmiş hərbi təlimlərinə dair məlumatlara şərh verib. Nazirlik bildirib ki, həmin təlimlər zamanı Ermənistan hərbi aviasiyasının da cəlb olunduğu haqda məlumatlar "şişirdilib"

"Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və erməni auditoriyasına hesablanıb"-məlumatda deyilir.

"Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-sı və 17-də uçuşlara cəlb olunub. Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər. Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər.

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal HHQ-nin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları arsenalında olan ən müasir silah kompleksləri ilə ölkəmizin hava hüdudlarını pozan istənilən hava hədəflərini məhv etməyə qadirdir. Bir daha düşmənin bu kimi informasiya təxribatlarına uymamağa çağırırıq", - deyə MN-dən bildirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1353   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 348
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 159
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 250
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 211
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 412
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 209
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 226
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 273
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 937