Sabiq polkovnik: "Nəinki silah-sursat, Şuşa kimi cənnət məkan ermənilərin əlinə keçdi" - VİDEO

Sabiq polkovnik: "Nəinki silah-sursat, Şuşa kimi cənnət məkan ermənilərin əlinə keçdi" - VİDEO1992-ci il 18 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycanın Laçın rayonu ilə bağlı düşmən tərəf arxiv görüntülər yayımlayıb. Ermənilər sosial şəbəkələr vasitəsilə arxiv görüntülər yayaraq Azərbaycan əsgərlərinin Laçının işğalı zamanı silah-sursatlarını qoyub qaçdıqlarını iddia ediblər.

Bununla bağlı BiG.AZ-a açıqlama verən polkovnik Şair Ramaldanov bildirib ki, videodakı kimi silahlar atılıbsa da bu 25 il bundan qabaq baş vermiş hadisədir: "O, zaman Azərbaycan heç bir silah almırdı. Əlindəki silhalarla vuruşurdu. Bilirsiniz ki, həmin dövrdə heç ordu formalaşmamışdı. Şuşa kimi şəhər işğal olunub. Orda nəinki silah-sursatımız, Şuşa kimi cənnət məkanımız ermənilərin əlinə keçib. İstədiklər kimi də istifadə ediblər. Ərazilərimizin işğalı ilə bağlı biz düşünməməliyik ki, torpaqlarımızın 20 faizini itirmişik. Biz deməliyik ki, 80 faiz torpaqlarımızı işğaldan müdafiə edə bilmişik. Bu da bizim qəhrəman övladlarımız sayəsində olub. Onlar öz canı bahasına da olsa torpaqlarımızı qoruyublar. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan ordusu formalaşmağa başladı. Horadiz əməliyyatı zamanı 2 gün ərzində 22 yaşayış məntəqəsini geri qaytarmışıq. 25 ildən sonra hansısa bir videonun üzə çıxması normaldır. Bizin torpaqlarımızı onlar işğal ediblər. Bu da o dövrdəki rəhbərliyin zəifliyi nəticəsində baş verdi. O zamanlar nə dövlət, nə də ordu idarə edilə bilirdi. Biz vətənə bağlı oğullarımız sayəsində 80 faiz torpaqlarımızı qoruya bilmişik. Bilirsiniz ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra orduda nizam- intizam formalaşdı. Könüllülərimiz də artıq formalaşmış orduda xidmət etməyə başladı. Ali baş komandanın rəhbərliyi altında ordunun irələməsinin qarşısı alındı. Ermənilərdə böyük itkilər qarşılığında may ayında atəşkəsə getməyə məcbur oldular".

Sabiq polkovnik: "Nəinki silah-sursat, Şuşa kimi cənnət məkan ermənilərin əlinə keçdi" - VİDEOŞair Ramaldanov vurğulayıb ki, ermənilərin ortaya çıxartdığı videoyaya oxşar yüzlərlə belə görüntü ola bilər: "Bilirik ki, o dövrdə hansı çətinliklə oğullarımız döyüşürdü. Hərə özünə bir dəstə qurmuşdu. O, dəstələr çox zaman şəxsi mənefeyin mübarizəsi üçün yığılmışdı. Bununla bağlı olaraq bəzi döyüşçülər küsüb silahları buraxıb, döyüşmürdülər. Səbəb isə rəhbərliklərin iç üzünü və məqsədlərini görürdülər. Amma yenə də o qəhrəman oğullarımız olmasaydı biz torpaqlarımızı qoruyub saxlaya bilməzdik. Bu gün hansı ortaya çıxırsa çıxsın hər bir silahlı öğullarımıza böyük hörmətim var. Ermənilərin arzularını bizim igid oğullarımız ürəklərində qoydu. Bu gün savaşmaq o vaxta nisbətən çox asandır. Çünki bu gün bizim İlaham Əliyev kimi güclü ali baş kiomandanımız var. O, dövrdə vuruşmaq böyük vətənə bağlılıq tələb edirdi. O, zaman vətəni uğrunda döyüşən oğullarımıza böyük minətdarlıq hissi ilə yanaşmalıyıq. Artıq 20 faiz torpaqlarımız işğal edildi sözünü işlətməyək. 80 faiz torpaqlarımızı düşməndən qorumuşuq, qoruyacağıq da. Ermənilər bu gün hansı videonu yayırlarsa mən o görüntülərə deyil, Azərbaycan əsgərinə qiymət verirəm".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1558   Tarix: 19 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 620
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 76
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 153
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 306