Azərbaycanda 6 yaşlı uşaq paxladan zəhərləndi - VİDEO

Azərbaycanda 6 yaşlı uşaq paxladan zəhərləndi - VİDEOQanın parçalanması diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, cənub bölgəsində 4 uşaq qanın parçalanması diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinələr nəticəsində uşaqların paxladan zəhərlənməsi məlum olub.

Ürək bulanma, sarılıq, qarın ağrısı, sidiyin rənginin dəyişməsi əlamətləri müşahidə edilən azyaşlıların qanları təcili olaraq yuyulub, lazımi tədbirlər görülüb. Azyaşlılardan birinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Tofiq Məmmədov - Uşağın atası: "Paxla aşı bişirmişdik, hamımız yedik, uşağın vəziyyəti 1-2 saatdan sonra pisləşdi. Gətirdik xəstəxanaya. Uşağın rəngi saraldı, ürəkbulanma və halsızlıq oldu. Qonşular dedi ki, həkimə aparmaq lazımdır. 3 yaşı var uşağın, ilk dəfə idi paxla yeyirdi".

Xanbaba Lələyev - Uşağın atası: "Qızım 6 yaşındadır. Çiy paxla yemişdi, zəhərlənmişdi. Üstündən 1 gün keçdi gətirdik. Əvvəllər yeməmişdi. İlk dəfə idi. Qan vurdular".

İki gün əvvəl daha iki uşaq eyni diaqnozla xəstəxanaya gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılıb, digəri isə ağır vəziyyətdə Bakıya, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib. Həkimin dediyinə görə, hər il bu dövrdə favizm diaqnozu ilə 8-10 azyaşlı uşaq xətəxanaya daxil olur.

Zaur Kərimli - Həkim: "Qanda güclü parçalanma getdiyi üçün qaraciyərdə xüs ferment var, onun çatışmazlığı nəticəsində daha çox müşahidə olunur. Paxlanın tərkibində xüsusi zülallar var ki, qanı parçalama xüsusiyyətinə malikdir. Ona görə də belə hallar tez-tez müşahidə olunur".

Cənub bölgəsində paxla bitkisi həyətyanı təsərüfatlarda yetişdirilir və əsasən yerli bazarlara çıxarılır.

Cümşüd Cavadov - Satıcı: "5 kilosunu 1 manat alan yoxdur. Deyirlər, uşaqlar zəhərlənərlər. Bundan başı çıxan almır".

Şəbnəm Babazadə - Lənkəran sakini: "Uşağa bir az ağır olduğu üçün paxla vermirəm, çünki qorxuram".

Həkimlər xəbərdarlıq edir ki, 5 yaşına qədər uşaqlara qətiyyən paxla vermək olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1171   Tarix: 19 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 189
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 204
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 232
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 246
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 291
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 230
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 254
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 258
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 178