Azərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLAR

Azərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLARPrezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramlarında sosial yönümlü layihələr arasında yol infrastrukturunun yenidən qurulması prioritet layihələrdən hesab olunur. Çünki qəsəbələrin inkişafı birbaşa olaraq yol örtüyünün keyfiyyətindən asılıdır.

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən qəsəbəlrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolu layihəsi də var.

24 km uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və qara örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlərə gətirib çıxarırdı. Məhx bu problemlərin aradan qaldırılması ilə yol boyu 2 qəsəbənin 6 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verildi.

Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq yol yataının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq 52 min kub.m həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 km-lik hissəsində yeni yatağın inşası yekunlaşdırılıb.

Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılır, hündür hissələr isə aşağı salınır. Bundan başqa yolun normativ eninin alınması məqsədi ilə torpaq yatağının genişləndirməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılır. Sadalanan işlərə paralel olaraq 20 sm hündürlükdə yol əsasının alt layı da tikilir. 2 km-lik hissədə bu işlər artıq bitib. Bunun ardınca is 15 sm hündürlükdə əsasın üst layının tiintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kub.m-dən artıq həcmdə icra olunacaq.

Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranıb. Artıq bu çərçivədə 3 boru təmir olunub, 700 mm diametrli 1 köhnə boru isə sökülərək, yerində 1250 mm diametrli yeni dəmir-beton boru tikilib. Bundan başqa yol boyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid boruların inşası da aparılır.

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılacaq. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyün eni 7 m nəzərə alınmaqla bu işlər yolun 150 min kv.m-dən çox sahəsinndə aparılacaq.

Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihə işlərini sonuncu mərhələsində yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Yolun yenidən qurularaq payız aylarında vətəndaşların istifadsinə verilməsi planlaşdırılır.

Azərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLARAzərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLARAzərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLARAzərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLARAzərbaycanda bu avtomobil yolu yenidən qurulur - VİDEO / FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 806   Tarix: 19 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 244
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 789
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

15:12 0
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 200
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 31
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 158
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 76
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 963