"Dərman mafiyası"nda daha kimlər var? - YENİ TƏFƏRRÜAT

"Dərman mafiyası"nda daha kimlər var? - YENİ TƏFƏRRÜATDövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. Hər ötən gün işdən kənarlaşdırılan vəzifəlilərin "dərman mafiyası"na bağlılıqları haqda yeni məlumatlar gəlməkdədir.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası" ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

Hazırda istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, "dərman mafiyası" ilə əlaqələri də olmayıb. Əslində isə "dərman mafiyası" adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. "Dərman mafiyası" üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

Bəs hazırda Sadiq Abduyev istintaqdan niyə kənar saxlanılır?

Belə məlumatlar var ki, Sadiq Abduyev bir generalın yaxın qohumudur. DTX "dərman mafiyası"na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra onun da adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da hazırda azadlıqda gəzir.

Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib.

Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Qəzet yazır ki, istintaq ilkin mərhələdə "dərman mafiya"sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, işdə əli olan hər kəs cəzalandırıla bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1713   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 128
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 409
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272