Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir - "Nə işim var, nə də evim"

Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir - "Nə işim var, nə də evim"Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir- "Nə işim var, nə də evim"

Tərçüməçi-yazar Sevil Gültən BiG.AZ-a məktub göndərib və məktubunun işıqlandırılmasını xahiş edib. O, məktubunda Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri
Əli Həsənova müraciət edib.

Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir - "Nə işim var, nə də evim"S.Gültənin xahişini nəzərə alıb məktubunu olduğu kimi təqdim edirik.

"Hörmətli Mehriban xanım!

Hörmətli Əli Həsənov!

Mən 1984-cü ildə hazırkı Dillər universitetinin ingilis dili fakültəsini əla qiymətlərlə bitirmişəm. Hələ tələbə vaxtlarımdan bədii tərcümə ilə məşğul olmuşam. Tələbə vaxtı tərcümə etdiyim bir hekayəni rəhmətlik İsmixan Rəhimov məndən xəbərsiz "Dünya" tərcümə almanaxında çap etdirmişdi.

Orta məktəbdə oxuduğum vaxtlardan yaradıcılıqla məşğulam. 3 şeir kitabım, bir esselər kitabım çap olunub. Respublikanın müxtəlif qəzet və jurnallarında şeirlərim, tərcümələrim, məqalələrim çap olunub.

20 ilə yaxındır ki, sırf tərcümə ilə məşğulam. Tərcümə etdiyim əsərlərin siyahısını məktubuma əlavə edəcəm. Tərcümə etdiyim neçə kitabların adını unutduğum üçün siyahıya yazmamışam." Kaspi" qəzetində çap olunan tərcümə hekayələri kitab halnda çap etdirsəm 10 kitab edər.

Müxtəlif xarici dillərdən azərbaycan dilinə bədii tərcümələr edən tərcüməçilər çoxdur, ancaq ana dilimizdən xarici dillərə tərcümə edə bilən tərcüməçiləri barmaqla saymaq olar. Mən həm ingilis dilindən azərbaycan dilinə, həm də azərbaycan dilindən ingilis dilinə tərcümə edirəm. İngilis dilinə tərcümə etdiyim kitablar Amerikada, Londonda, Hindistanda, İsveçdə, eləcə də, dünyanın müxtəlif ölkələrində işıq üzü görüb.

Tərcümədən qazandığım qanorara bəlkə də iki ev almaq mümkün olardı. Ancaq mən qanorarımın 80 faizini kirayə pulu vermişəm.

Həyat yoldaşım 2003-cü ildə dünyasını dəyişib. İki qızımı təkbaşına saxlayıb böyütmüşəm, oxutmuşam. Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar məni daha yaxşı başa düşər.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Hazırda daimi iş yerim yoxdur. Nazirlər kabineti yanında tərcümə mərkəzi açılanda ümid etdim ki, orda mənə də iş verilər. Çox təəssüf ki, həmin mərkəzə içşilər müsabiqə yolu ilə seçilmədi. Mərkəzin rəhbəri şəxsən tanıdıqlarını işə götürdü. Dəfələrlə müraciət etsəm də Afaq Məsudun qəbuluna düşə bilməmişəm.

AYB-da da bədii tərcümə mərkəzi var. Orda da mənə iş verilmədi. Tərcümə sahəsində qazandığım uğurlara baxmayaraq heç bir mükafat almamışam. 2-3 kitab tərcümə edənlərə Azərbaycan ədəbiyyatını təbliğ etdiyi üçün mükafatlar təqdim edilir, mən isə azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitab tərcümə etmişəm. Ancaq bu zəhmətim heç vaxt qiymətləndiriliməyib. Tam əminliklə deyə bilərəm ki, azərbaycan dilindən ingilis dilinə məndən çox kitab tərcümə edən yoxdur.

Mən nəşriyyatlarla işləyirəm. Bir gün nəşriyyat tərcümə üçün kitab verməsə mən kirayə haqqını ödəyə bilmərəm, bir sözlə, tərcümə etməmək mənim üçün həyatın donması deməkdir. İllərdir mən istirahətsiz işləyirəm. Bəzən günlərlə evdən bayıra çıxmıram, saatlarla kompyüter qarşısında otururam, yüksək təzyiqim olanda da işləməyə məcburam. Tərcümə prosesinin nə qədər çətin olduğunu deməyə ehtiyac yoxdur. Əgər yazıçı, şair öz duyğularını, müşahidələrini qələmə alırsa, mən tamam fərqli millətə, təfəkkürə malik yazıçıların əsərlərini tərcümə edirəm. Eləcə də, müxtəlif düşüncəyə, təfəkkürə malik Azərbaycan yazıçılarının, şairlərinin şeirlərini tərcümə edirəm. Çox təəssüf ki, tərcüməçi əməyinə dövlət səviyyəsində də düzgün qiymət verilmir. Şairlərə, yazıçılara ömürlük tıqaüdlər verilir, dövlət onlara ev bağışlayır, amma tərcüməçilər unudulur. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda ev bağışladı. Görəsən ədəbiyyata həmin şəxslərin töhfəsi çoxdur, yoxsa mənim? Mədəniyyət sahəsində, ədəbiyyat sahəsində uzun illər xidməti olanlara fəxri adlar verilir, niyə " əməkdar tərcüməçi" fəxri adı yoxdur? Axı tərcüməçi gözlərinin nurunu verir tərcümə etdiyi əsərlərə.

Yuxarıda da qeyd etdim, tərcümədən aldığım qanorara ən azı iki ev almaq mümkün olardı. Mən isə bütün qazancımı kirayə haqqı vermişəm. Kreditlə ev almaq istəsəm də mümkün deyil. Çünki ilkin ödəniş etməyə gücüm çatmır.

Mənim yaşım az deyil. 57 yaşım var. Artıq əvvəlki sürətlə işləyə bilmirəm. Sağlamlığımda problem var. Amma istirahətsiz işləyirəm. Məcburam. Mən də insanam, istirahət etməyə haqqım var.

Bu qədər əziyyət çəksəm də hələ normal kompyüterim, adi ev əşyalarım yoxdur. Özümə məxsus əşyalar kirayə evlərə köçəndə sındı, xarab oldu. Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma mən özgələrin pulu hesabına alınmış çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram. Niyə mənim öz evim olmasın? Niyə qazandığım qanorarla ev əşyaları almayım?

Heç vaxt xarici ölkədə yaşaya bilmərəm. Heç vaxt bunu arzu etməmişəm də.
Mən vətəndaşı olduğum ölkənin prezidentindən əməyimə qiymət verilməsini istəyirəm. Övladlarımın gözlərinə baxmağa utanıram. Kiçik qızımın 25 yaşı var. Ömrünün 20 ilini kirayədə keçirib. Anadangəlmə gözündə qüsur var, 3-cü qrup əlildir. Onun pensiyası ilə kommunal xərcləri ödəyirəm, ona təzə bir paltar alıb sevindirə bilmirəm. Ana üçün bundan ağır dərd ola bilərmi? Bundan sonra 10 evim olsa da kirayədə qaldığım bir günün acısını mənə, qızlarıma unutdura bilməz.

Çox xahiş edirəm, mənim məktubumu ölkə prezidentinə çatdırasaınız. İnanıram və ümid edirəm ki, prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına iki qız övladı böyütməyimi nəzərə alıb məni kirayə yaşamağın çətinliyindən xilas edəcək.
Məktubumu kirayə yaşamaq haqda yazdığım essemin bir abzası ilə bitirirəm:
" Kirayədə yaşamaq- özgənin evində gecələməkdir, səhəri öz evində qarşılamamaqdır. Kirayədə yaşamaq- başqasının aldığı stol arxasında oturub nahar etməkdir. Daimi qonşunun olmamasıdır kirayədə yaşamaq. Ev telefonunun nömrəsini unutmaq, işıq pulunu, qaz pulunu poçtda ödəyəndə yaşadığın ünvanı güclə yada salmaqdır.

Kirayədə yaşamaq kirayə pulunu verəndən sonra övladlarına verdiyin qəpikləri geri alıb çörək almaqdır. Kirayədə yaşamaq qazandığını ev sahibinə verib aylarla diş ağrısına dözməkir. Kirayədə yaşamaq avtobusla yol gedəndə yolda satılan tikinti materiallarına baxa-baxa göyün yeddinci qatında o materiallardan özünə xəyali ev tikməkdir. Problemlər içində ömür çürütməkdir kirayədə yaşamaq"

Hörmətlə Sevil Gültən ( Nuriyeva Sevil Məmməd qızı)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1588   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179