Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTO

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTORusiyanın Solikamsk şəhərində Ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş beynəlxalq Cüdo yarışı keçirilib.

BiG.AZ xəbər verir ki, sözügedən yarışda yüzlərlə azərbaycanlı iştirak edib.

Tədbirdə Solikamsk şəhərinin millət vəkilləri, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru (ATEV) Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mədəniyyəti və İnkişafının Fondunun sədri Şamil Tağıyev çıxış edib.

Yarış iştirakçıları çıxışında Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açaraq, onun Azərbaycan naminə həyata keçirdiyi siyasətindən danışıblar.

Şəhər deputatları Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edən xətt üzrə istiqamət almasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib.

Yarışın təşkilatçısı Uğur Əfəndiyev çıxışında bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır: "Bu gün Azərbaycan bütün dünyada öz idmanı ilə və idmana göstərdiyi maraqla tanınır. Bu, Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycanda idmana yaratdığı maraqdan sonra daha da inkişaf etməyə başladı. Bu gün də Cənab İlham Əliyev tərəfindən idman siyasəti uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan diasporu sahəsində inkişaflar, irəliləyişlər də müşahidə olunur".

Yarışda çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, ulu öndərin həyata keçirdiyi siyasət bu gün də Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanda ilk dəfə idmana xüsusi maraq ulu öndər Heydər Əliyevin prezidentlik dövründə yaranmağa başladı. O maraq bu gün də Cənab İlham Əliyev tərəfindən idman sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində gündən-günə artmağa başlayır. Ulu öndər sağlığında idmana böyük qayğı göstərdiyini demək olar ki, bir çox çıxışlarında bildirib. Heydər Əliyev çıxışlarının birində uzaqgörənliklə "İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir" deyərkən məhz idmanın aid olduğu xalqa nə qədər müsbət təsir göstərəcəyini deyirdi".

Sonda Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından Solikamsk şəhər Cüdo Fedarasiyasının prezidenti Y.V.Sidirova Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo yarışının yüksək səviyyədə təşkili və Solikamskda Azərbaycan diasporuna verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.

Qeyd edək ki, Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb. Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır. Turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib.

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTOSolikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTOSolikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTOSolikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib -VİDEO+FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 9715
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 240
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 411
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 500
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 141
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 368