Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlar

Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarXəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-dən etibarən, rəhbərlik etdiyi nazirlikdə kadr dəyişikliyinə start verib.

BiG.AZ mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə ilk olaraq aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıblar.

Üç gün əvvəl isə nazir aparat rəhbərinin səlahiyyətlərini yeni müşavir təyin etdiyi Anar Əliyevə həvalə edib. Nazir Anar Əliyevlə yanaşı, Vüsal Nəsirlini də özünə yeni müşavir təyin edib"

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.

Məlumata görə, vəzifədən getmə növbəsi nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə, Dövlət Sosial Müdafiəsi Fondunun sədri 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev, nazirliyin Nəsimi rayon sosial müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov, müşavir Yalçın Müslümov, həmçinin DSMF-nin Hüquqi Hüquqi Şəxslərlə İş idarəsin rəisi Şiraslan Əsədov və digər vəzifəli şəxslərə çatıb.

"Reytinq" qəzeti bildirir ki, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq və bu zaman çox böyük ehtimala keçmiş nazir Səlim Müslümovla aparat rəhbəri Əjdər Cəbiyevin yuxarıda adıçəkilən qohum-əqrabası və xeyli tələbə yoldaşları, dostları, hətta bəzilərinin gəlinləri də vəzifələrdən azad olunacaqlar:

"Növbəti kadr islahatlarının Səlim Müslümovun ta DSMF-dən başlayaraq, ətrafına topladıqları kadrlarının böyük əskrəiyyətini əhatə edəcək.

Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarSizə deyim ki, bu dəyişikliklər təkcə onların keçmiş nazirin yaxın ətrafı və ya qohum-əqrabası olduqlarına görə həyata keçirilməyəcək. Bu, həm yarıtmaz fəaliyyətlə bərabər, həm də ciddi zərurətə çevrilib.

Baxın, 1993-cü ildən DSMF-də işləyən və məhz Səlim Müslümovun əmri ilə sonra isə direktor təyin edilən Zakir Babayevin pensiya yaşından 4 ötüb.

Amma Səlim Müslümov 67 yaşlı bu adamı kadrını yola salmadı. Əksinə, onun müavinlikdən direktorluğa gətirdi, üstəlik, yaş faktoruna görə, birbaşa təyin edə biimədiyindən, onunla hər il bir illlik müqavilə bağlamaqla, ona xüsusi meydan verdi.

Sual oluna bilər ki, keçmiş naziri buna nə məcbur və ya sövq edirdi? Bəyəm Neft Akademiyasının məzununun pensiya sistemində əvəzolunanı yox idi?
Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarDSMF-nin müqavilə ilə işləyən 67 yaşlı direktoru Z.BABAYEV

Əlbəttə var, çoxdur. Lakin onunla Səlim Müslümovu birləşdirən "çox incə məqam"lar var ki, bu, onun əvəzlənməsinə imkan vermirdi.

Hələlik bu barədə danışmaq istəmirəm, lakin sizə yalnız onu deyim ki, Zakir Babayev DSMF-nin bütün rayon və şəhərlərdə tikilən yeni inzibati binalarında əsas rol oynamış Səlim Müslümovun iki adamından biridir. Onun məhz tikinti sahəsi ilə hansı manevrlər edərək, Səlim Müslümovun qəlbini necə fəth etməsi və əvvətə ki, əvvəlki sədr Elman Mehdiyevi necə "devirməsi" araşdırılmalı mövzudur.

Digər kadrlara gəldikdə isə, məsələn, ƏƏSMN-in bütün maliyyə-təsərrüfat, mühasibat sektorunun cəmləşdiyi ən böyük sahəni əhatə edən iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın bu vəzifəyə necə yüksələməsini nazirlik sistemində bilməyən yoxdur.

Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarDövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəldikdə, bu adam da Səlim Müslümovun dayısının kürəkənidir.

Heç kimə sirr deyil ki, o da Səlim Müslümovun bu naxçıvanlı kadrı məhz kürəkən olduğu üçün belə sürətlə bu sahədə yüksəlib. Bəli, faktdır ki, Fuad, əslində Səlim Müslümovgilin məhz kürəkənləri olduğu üçün sürətli və şübhəli yüksəlişə nail olub.

Təsadüfi deyildi ki, Fuad Əlizadə sabiq nazirin bütün gizli və açıq maliyyə məsələlərində böyük rol oynayıb. Onun biznesini araşdırsanız, heyrətə gələcəksiz.
Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarFuad ƏLİZADƏ

Keçmiş nazirin "vurulması" zərurət olan digər kadrı isə qaynıdır. Cəzasızlığın, özbaşınalığın dərəcəsinə baxın ki, keçmiş nazir öz qaynı Ağalar Xasayevi DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin - Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi təyin edib.

Fondun digər gəlirli sahəsinə - Hüquqi Hüquqi Şəxslərlə İş idarəsin rəisi vəzifəsinə isə kirvəsi Şiraslan Əsədovu təyin edib.

Burada qeyd edim ki, Şiraslan Əsədov həm də keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır. Hazırda Şiraslan Əsədovun da pensiya yaşı çatıb, səhv etmirəmsə, indi o, 64 yaşının içindədir. Yəni yeni nazir onu həm də buna görə rahatlıqla pensiyaya göndərə biləcək".

Məlumatlı şəxs deyir ki, keçmiş nazir kadr seçimində qohumluq prinsipinə o qədər üstünlük verib ki, o, hətta bacısının həyat yolaşdına da yüksək vəzifə verməkdən çəkinməyib: "İş o yerə çatmışdı ki, Səlim Müslümov tək dayısının, bacısının, qardaşının və digər qohumlarının qohumlarına da sanki ailə şirkləti imiş kimi ƏƏSMN-də vəzifə paylayıb. Baxın, o, təkcə dayısının kürəkəni Fuad Əlizadəyə deyil, həm də öz kürəkəninə də yüksək vəzifə verib. Belə ki, bacısının həyat yoldaşı Əsgər Əsgərovu da nazirliyin Nəsimi rayon şöbəsinin müdiri gətirib. Ümumiyyətlə, bu sistemdə gəlin, qudalar, qardaş faktorlarına əsaslanmış xoşagəlməz təyinatlar da kifayət qədərdir.

Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlarSəlim Müslümov Əjdər Cəbiyevlə

Onu da qeyd edim ki, sabiq nazirin belə hərəkəti işçilərinə də sirayət etmişdi. Məsələn, Əjdər Cəbiyev də vəzifə səlahiyyətindən istifadə edərək, öz doğma qardaşı Şahalını da DSMF-nin Suraxanı şöbəsinin müdiri təyin edib. Korrupsiya haqqında qanuna zidd olan belə rüsvayçı hallar çoxdur.

Hətta Səlim Müslümovun "narxoz"dan birgə işlədiyi xeyli keçmiş iş yoldaşlarına da vəzifə verməsi haqda faktlar var. Yəqin ki, bütün bunları müvafiq qurumlar, həmçinin, yeni nazirin özü diqqətlə araşdıracaq".

Məlumatda o da bildiirlir ki, yeni nazir Sahil Babayev artıq yavaş-yavaş komandasını formalaşdırmağa da başlayıb:
Prezidentin işdən çıxardığı eks nazirimiz Səlim Müslümov barədə sensassion faktlar"Bildiyim qədər ilə o, vaxtı ilə işlədiyi nazirlikdən bir neçə şəxsi ƏƏSMN-ə dəvət edib. Hələlik işdən çıxarılanların çoxunun yerinə təyinat aparılmayıb. Onların səlahiyyətləri başqalarına müvəqqəti həvalə olunubdur. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq. Eyni zamanda, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin, Əmək siyasəti şöbəsinin müdiri, aparat rəhbəri və müavininin yerinə də təyinat olacaq. Bundan başqa, kifayət qədər ciddi səbəblərə görə vəzifəsindən Səlim Müslümovun qohumlarından daha tez yola salınan mətbuat katibi Elman Babayevin yerinə də bu həftə təyinat aparılacağı gözlənilir. Nazirliyin mətbuat katibi postuna hazırda bir neçə nəfərin namizədliyi müzakirə olunur. Yəqin ki, qısa müddətdə bunlardan biri seçiləcək".

Məlumata görə, bütün bunlarla yanaşı, nazirlikdə yoxlama aparılması da gündəmə gəlib: "Siz yəqin Hesablama Palatasının mətbuatda yayılan 2017-ci il üzrə hesabatını oxudunuz. Palatanın bunu niyə məhz indi yayması çox maraqlı olması başqa bir mövzudur. Lakin həmin vaxt aparılan və sizi əmin edirəm ki, bəli səbəblərdən çox da dərtindən aparılmayan həmin yoxlama materialından görünür ki, burada hətta ölü adamların adına pensiya yazılıb. Ona görə də ƏƏSMN və onun strukturlarında yeni yoxlama aparıb, dövlətin pulunu bu şəkildə talan edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmaz səviyyəyə gəlib çatıb. İnanın, siz işdən azad olunanlarla, qapı ağızında olanların ailələrinin adına aldıqları daşınar və daşınmaz əmlakların siyahısını araşdırıb cəmiyyətə təqdim etsəniz, böyük sensasiya olacaq.

O zaman xalq görəcək ki, əlilin, şikəstin, təqaüdçünün pulunu kimlər necə oğurlayıb.

Mümkündür ki, Səlim Müslümov başda olmaqla, qohum-əqraban ibarət komandası istintaqa cəlb oluna bilər. Əlbəttə, bununçün siyasi qərar verilməlidir.

Hesab edirəm ki, gec-tez kükrəyən ictimai rəy bunu gündəmə gətirəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3533   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988