"Tarix Azərbaycan kimi qorxaq dövlət görməyib" yazan ekspert DANIŞDI

"Tarix Azərbaycan kimi qorxaq dövlət görməyib" yazan ekspert DANIŞDISon günlər Ermənistanda baş verən hadisələr – hakimiyyət dəyişikliyi, "məxməri inqilab" bölgədə diqqətləri özünə cəlb edib. Ölkədəki nümayişlərin ardınca baş nazir postuna əyləşən Paşinyan digər xələfləri kimi Qarabağı diqqətdən kənar qoymayıb.

Paşinyanın mayın 9-da baş tutan Qarabağ səfəri Azərbaycanda da müzakirələrə səbəb olub.

Facebook sosial şəbəkəsində Paşinyandan sitat kimi yazılan "Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib" açıqlaması isə Azərbaycanda adi vətəndaşlardan tutmuş rəsmilərə, hətta Xarici İşlər Nazirliyinə qədər əks reaksiyalara səbəb oldu.

Halbuki, qısa vaxt ərzində bəlli oldu ki, Paşinyan belə fikir səsləndirməyib, həmin sözləri işğalçı ölkə baş nazirinin Şuşaya səfərindən hiddətlənin təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sarkazmla yazıb. İlham İsmayıl bu statusla əməlli-başlı gündəm yarada bildi.

Onun sarkazm və istehzayla yazdığı status:

"Paşinyan gəldi Qarabağa, dedi ki, "buranın ağası bizik". Paşinyan beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, "tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq"".

İndi sosial şəbəkələrdə İlham İsmayılı qınayanlar çoxdur.

Bu statusdan sonra təhlükəsizlik məsələləri üzrə ekspert ona qarşı yaranan inamsızlıqdan narahatlıq keçirirmi?

İlham İsmayıl Modern.az-a açıqlamasında deyib ki, statusunda sarkazmı duymamaq qeyri-mümkündür.

"Qeyri-peşəkar mətbuat işçiləri məsələni dəqiqləşdirmədən yazdıqlarımı xəbər etdilər. Ən azından mənimlə dəqiqləşdirə bilərdilər. İstehza orada çox açıq görünür. Digər bir biabırçılıq ondadır ki, istehzaya Xarici İşlər Nazirinin müavini də münasibət bildirdi.

Mənə qarşı kim inamsız olacaq?! Zarafat etmirəm axı! O zaman gərək sarkazm üsulu ilə yazan Mirzə Ələkbər Sabirdən tutmuş, Mirzə Cəlilə qədər hamısına qarşı inamsızlıq yaradaq ki, "ay aman, bunlar ironiya dili ilə danışıb". Digər tərəfdən, mənim statusum xəbər deyil axı... Adi ironiya ilə yazılmış Facebook statusudur".

Ekspert statusu yazan zaman düşdüyü vəziyyəti belə təsvir edib:

"Statusu yazanda heç bir xüsusi psixoloji gərginlik keçirməmişəm. Həmin vaxt Qarabağda idim, elə indi də ordayam, Ermənistanın baş naziri Paşinyan Şuşaya gəlməzdən 2 gün öncə də bu barədə yazdım. Paşinyanın çox rahat gəlib-getməsinə maneçilik törətməyin lazım olduğunu bildirdim. Cəbhədə, ya da diplomatiyada ona qarşı nəsə bir silah istifadə etmək lazım idi. Hətta, yazımın başlığı belə idi . "Qarabağ siyasətində inqilab olsun".
İki gün sonra isə informasiya mənbələrinə baxanda Paşinyanın Qarabağa təntənəli şəkildə gəldiyini, parad keçirdiyini və bizim ünvanımıza Sarkisyandan da çox sərt bəyanatlar səsləndirdiyini oxudum. Ardınca XİN rəsmisi Hikmət Hacıyevin Paşinyanın çıxışna verdiyi cavabı oxudum. Cavab çox hərəkətsiz idi. Sanki sülh şəraitində yaşayırıq, ya da mənasız bir hadisə olubmuş təsiri bağışladı. Hacıyev BMT-nin qətnamələrini yada salıb. Buna çox əsəbləşdim. Paşinyanın gəlişi fonunda yaranan susqunluğu qorxaqlıq kimi qəbul etdim. Bu, məndə bir əsəb yaratdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3381   Tarix: 11 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250