Azərbaycanlı xanım məmurun adı "dərman mafiya"sında hallanır: Bu apteki reklam edirmiş - FOTOLAR

Azərbaycanlı xanım məmurun adı "dərman mafiya"sında hallanır: Bu apteki reklam edirmiş - FOTOLARTibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi "dərman mafiyası" ilə işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovadır.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus "Elit" aptekdə də satıldığı məlum olub. Bu haqda "Azpolitika.info" maraqlı xəbər yayıb. Sayt yazır ki, deputat Elmira Axundova "Elit" aptekin reklamı ilə də məşğuldur.
Azərbaycanlı xanım məmurun adı "dərman mafiya"sında hallanır: Bu apteki reklam edirmiş - FOTOLARQeyd edək ki, "Elit" adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni "Elit" apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: "Elit" aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən "www.eliteaptek.az" ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir".

Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə "Elit" apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: "Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman "Elit" aptekdə 15 manatadırsa, "AVİS" aptekdə 25 manatadır. Doğrudur, "AVİS"-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar".

Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də diqqət çəkir. Sitat: "Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə "Elit" aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?"
Azərbaycanlı xanım məmurun adı "dərman mafiya"sında hallanır: Bu apteki reklam edirmiş - FOTOLARDTX-in məlum əməliyyatına qədər də "Elit" apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb…

DTX-nin əməliyyat keçirdiyi "Elit" şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində "Elit" apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun "Çardaq" adlı qəlyanxanası yerləşir.
Azərbaycanlı xanım məmurun adı "dərman mafiya"sında hallanır: Bu apteki reklam edirmiş - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6313   Tarix: 11 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447