DƏHŞƏTLİ CİNAYƏT: Ana özünü və 6 aylıq övladını yandıraraq öldürdü - TƏFƏRRÜAT

DƏHŞƏTLİ CİNAYƏT: Ana özünü və 6 aylıq övladını yandıraraq öldürdü - TƏFƏRRÜATDaşkəsəndə evdə ana və 6 aylıq körpəsinin ölümü ilə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, Qabaqtəpə kəndində ata mülkündə yaşayan 1975-ci il təvəllüdlü Abdullayeva Lətifə Mürsəl qızı və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlunun meyiti yanmış halda 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində aşkar edilib.

Körpənin meyiti yanmış uşaq arabasında, qadının cəsədi isə yerdə olub. Evdə yanğın əlaməti yalnız meyitlərin olduğu yerdə qeydə alınıb.

2016-cı ildə Həsənov İlqar Eldar oğlu ilə ailə həyatı quran L.Abdullayeva yoldaşı ilə birgə ata evində yaşayıb. Həmin mülk atasının ölməmişdən əvvəl etdiyi nəsihətə görə, onun adına keçirilib.

Qadının həyat yoldaşı bir gözündən əlildir. Ailə əlilliyə görə verilən əmək pensiyası və təsərrüfatdan gələn gəlir hesabına dolanıb.

İ.Həsənov faciə baş verən zaman tanışları ilə birgə Daşkəsən şəhərində olduğunu, yoldaşı və övladının ölüm xəbərini isə yaxınlarından aldığını bildirib. Ailənin heç kimlə düşmənçiliyi olmayıb.

Lakin qadın ilə qardaşları arasında atadan qalan mülkə görə narazılıq olub. L.Abdullayevanın 3 qardaşı var. Onlardan Rafiq Abdullayev adlı biri rayonun Astaf kəndində müəllim işləyir, Tofiq Abdullayev ad-soyadlı digər qardaş ticarətlə məşğuldur, başqa biri isə fiziki qusurludur və Bayan kəndində yaşayır.

Qardaşlardan, əsasən qonşuluqda yaşayan Rafiq Abdullayev və Tofiq Abdullayev bacılarının ata mülkündə öz həyat yoldaşı ilə yaşamasına əvvəllər bir neçə dəfə etiraz ediblər. Məhz bu səbəbdən L.Abdullayevanın sözügedən qardaşları ilə arasında soyuq münasibət yaranıb.

Lakin onlar da baş verən faciədən xəbərsiz olduqlarını və hadisənin intihar məqsədi ilə törədildiyini düşündüklərini bildiriblər. L.Abdullayevanın anası və bacısı da hadisənin intihar olduğunu bildiriblər.

Bununla belə, hadisənin kimsə tərəfindən qətl məqsədi ilə törədildiyi də istisna olunmur.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 10 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 878
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 167
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 331
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 95
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 276
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 329
.

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələr də var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətində

21:03 0
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 678
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

16:56 169