General oğlunun cinayət işində müəmma: videogörüntüləri kim gizlədib?

General oğlunun cinayət işində müəmma: videogörüntüləri kim gizlədib?Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmə prosesində için istintaqını aparan müstəntiq Məhəmməd Tağıyev şahid qismində dindirilib. O, vəkillərin suallarını cavablandırıb. Müstəntiq bildirib ki, şahidlərin dindirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib: "Onlara hüquqları izah edilir. İfadələrini oxuyandan sonra imza atıblar. Şahidlər bizə nə ifadə veribsə, biz də o cür onları yazmışıq".

General oğlunun vəkili Kamandar Nəsibov bildirib ki, bəzi şahidlər latın əlifbasını bilmədiklərini deyirlər: "Onlar latın qrafikasını bilməyə-bilməyə necə oxutdurmusuz?" Müstəntiq cavab verib ki, şahidlərə ifadələri oxunub və elan edilib: "İlkin istintaq zamanı insanlar bir-birinə qarşı aqressiv olurlar, hər şeyi danışırlar. Hətta onlar ilkin məlumatlarda silah olduğunu desələr də, sonradan bundan imtana ediblər. Mən yenə də qeyd edirəm ki, şahidlərin heç bir hüququ pozulmayıb. Nə
danışıblarsa, yazılıb".
Məhkəmədə şahidlərin ifadələri elan edib. Müstəntiq onu da qeyd edib ki, hadisə ilə bağlı videogörüntülərlə bağlı sorğu verilsə də, həmin görüntülər əldə edilməyib: "Hadisə baş verən gün sorğu verdim. 1 həftə istintaqı apardıqdan sonra o iş başqa bir müstəntiqə həvalə edilib".
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə mayın 24-ə təyin edilib.

Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olublar. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər. Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1871   Tarix: 09 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 6268
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 677
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 251
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 244
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

16:37 176
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 239
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 120
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

15:00 110
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 238