Azəri Günel son dəfə danışdı, qadağa qoydu!

Azəri Günel son dəfə danışdı, qadağa qoydu!Müğənni sərt danışdı: "Məhkəmədən qalib çıxacağımıza kimsənin şübhəsi olmasın".

Bakıda olduğu müddət ərzində mediadan maksimum şəkildə uzaq olmağa çalışan populyar estrada müğənnisi, fəaliyyətini daha çox Türkiyə şou-biznesində davam etdirən Azəri Günel (Zeynalova) sonuncu dəfə şəxsi həyatından danışdı. Milli.Az-ın əməkdaşının suallarını telefonla cavablandıran Günel, ilk əvvəl keçmiş nişanlısı, hazırda türk müğənnisi Ebru Gündeşin həyat yoldaşı olan iş adamı Rza Zərrabla aralarında acı-bağırsaq kimi uzanan məhkəmə prosesi barədə məlumat verdi.

"Baxmayaraq ki, proses hələ də davam edir, bu, qətiyyən məni və ailə üzvlərimi narahat etmir. Məhkəmədən qalib çıxacağımıza kimsənin şübhəsi olmasın. Mən daim həqiqəti söyləmişəm. İstəmirəm, yenidən detalları açıb, mənə xoş olmayan mövzunu yenidən gündəmə gətirim. Əslində, özüm-özümə qadağa qoymuşam. Həm Türkiyədə, həm də öz məmləkətimdə yalnız yaradıcılığımdan bəhs edən yazıların yazılmasını istəyirəm. Adından da göründüyü kimi, bu şəxsi həyatdır və mənə məxsusdur", - Zeynalova belə dedi.

Türkiyəli iş adamı İnanc Başeymezle nişanlanıb düz bir ildir, üzüyünü barmağında daşımasına baxmayaraq, onunla münasibətləri haqqında da danışmaq istəmədi.

"Bundan sonra yalnız düzgün qərarlar verməyə çalışacağam", - söyləyən müğənni, nişanlısı ilə münasibətlərinin soyumasına işarə etsə də, çoxsaylı suallarımızın cavabında: "Hər şey yaxşı olacaq, inşallah!" - deməklə kifayətləndi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7869   Tarix: 30 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1263
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1193
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 449
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 323
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

12:30 56
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2499
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

10:43 400
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 377
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

12:42 645