Gül bayramı bu il keçiriləcəkmi? - Bakı Meriyasından AÇIQLAMA

Gül bayramı bu il keçiriləcəkmi? - Bakı Meriyasından AÇIQLAMA2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən Gül bayramına bu dəfə hazırlıq aparılmır.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və "Qış bulvarı"nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarında başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Bu gün mayın 2-si olmasına baxmayaraq, Gül bayramına hər hansı hazırlıq işləri getmir...

Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri"nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatına salınmışdı.

BiG.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

"Hər halda tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı".

Gül bayramı sabiq mer Hacıbala Abutalıbovun təşəbbüsü ilə qeyd olunurdu. Bayram Heydər Əliyevin ad günündə - 10 mayda başlayır və bir neçə gün davam edirdi.

Meriyanın sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilirdi.

Təkcə 2012-ci ildə paytaxta müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdi. Həmin il bayramda güllərin sayı milyonu keçmişdi. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdu. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1554   Tarix: 02 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 156
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

17:26 83
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 222
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 336
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

16:51 96
.

Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl

10:42 280
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 149
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

TOP MP3