"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRH

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRHErmənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan hazırda parlamentdə çıxış edib.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir: "Biz ölkəmizi qorumaq gücündə olmalıyıq", "Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik", - deyə əlavə edib.

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRHBununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan özünün çıxışlarında hər şey deyib: "Onun dediklərində heç nə yoxdur. Bunlar sadəcə bəyanatlardır. Dağlıq Qarabağ məsələsində bu şəxsin təsəvürünün olmamasının göstəricisidir. Əlbəttə Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bütün təzyiqlərini göstərəcək. Biz demirik həm də edirik. Bu barədə prezident İlham Əliyev də öz mövqeyini dəfələrlə bəyan edib. Nə qədər torpaqlar işğaldan azad edilməyib, Ermənistana hərbi, diplomatik, iqtisadi təzyiqlər edilir. Bundan sonar da ediləcək. Ermənistanın Dağlıq Qarabağ məsələsinin onların xeyirinə həll ediləcəyi ilə bağlı bəyanətı sərsəmləməkdən başqa bir şey deyil. Dağlıq Qarabağ onların torpağı deyil. O bildirməyib ki, Dağlıq Qarabağ onların torpağıdır? Bu gün torpaqları işğaldan azad etmək Ermənistanın yeganə çıxış yoludur. O, hakimiyyətə gələndən sonra əhalisinin sosial durumunun yaxşılaşdırılmasına, pensiyaların qaldırılmasına, yeni iş yerlərinin açılmasına, hərbi ehtiyaclarını ödəməlidir. Bundan əlavə beynəlxalq əlaqələrin gücləndirilməsinə çalışmalıdırlar. O, zaman Dağlıq Qarabağın onlar üçün nə qədər böyük yük olacağını anlayacaqlar".

"Ermənistanın yeganə çıxış yolu Qarabağı qaytarmaqdan ibarətdir" - ŞƏRHCənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda etirazlara rəhbərlik edən müxalif Yelk fraksiyasının depudatı Nikol Peşinyan Serj Sarkisyan əleyhinə etirazlara rəhbərlik etməsi bir növ onun hakmiyyətə yolunu açıb: "Etirazlar nəticəsində Sarkisyanın baş nazir postundan getməsi də Yerevan küçələrində siyasi ehtirasların azalmasına səbəb olmadı, Nikol Peşinyan etirazlardan ruhlanaraq dahada qabağa gedərək, hakmiyyət iddiasını ortaya qoydu. İndi o baş nazir uğrunda mübarizə aparır. Qeyd edim ki, artıq Ermənistanda etirazlar ikinci mərhələyə keçib. Bu mərhələ artıq Paşinyanın şəxsi hakmiyyəti üçündür. Artıq, Peşinyanın baş nazirliyə iddiası parlamentdə müzakirə olunur. Paşinyanın Qarabağ məsələsində çıxışlarına baxdıqda onun Sarkisyandan fəqlənmədiyi aydın görünür. Hesab edirəm ki, Paşinyanın Qarabağla bağlı Azərbaycana qarşı sərt tonda çıxışları ənənəvi Ermənistan siyasilərinin anoloji siyasətlərinin davamıdır. Ümumiyyətlə Paşinyan bilməlidir ki, onun yıxdığı Sarkisyan məhz xalqın Qarabağa girdabına görə düşdüyü ağır iqtisadi-sosial səbəblərdən dolayıdır. Paşinyan Rusiya siyasətindən uzaqlaşıb, ənənvi tonunu dəyişib Qərblə real olaraq əlaqələri inkişaf etdirib, Azərbaycanla sülh danışıqlarına gəlib əraziləri qaytarmalıdır. Əks təqdirdə isə Ermənistanı xoş gələcək gözləmir. Ümumiyyətlə onun Qarabağ xalqı ifadəsi və müqəddarat ifadəsi danışıqlara indidən balta çalmaq deməkdir. Azərbaycan ilk növbədə Paşinyana cəbhədə işğalçı erməni ordusuna ən ağır zərbəni vurmalıdır ki, Peşinyan hakmiyyət arzusu eyforeyadan ayılıb, Sarkisyanın siyasətini davam etdirməsin".

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2632   Tarix: 01 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss

19:30 88
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 176
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 231
.

Evsiz qaldı, amma binanı tərk etmədi: Tayvanda diqqətçəkən olay

Tayvanda 71 yaşlı kişi evini itirdikdən sonra gizlicə yaşadığı mənzil kompleksinin zirzəmisində məskunlaşıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Asia Business Daily qəzeti məlumat yayıb. Məlumata görə, yaşlı kişinin mənzili məhkəmə hərracında satılıb. Evinin əlindən çıxmasından sonr

11:36 193
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 166
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 314
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

17:26 193
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

11:48 202
.

TOP MP3