Dərinizi duzla təmizləyin - FAYDALI MASKALAR

Dərinizi duzla təmizləyin - FAYDALI MASKALARÇox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərinin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır.

BiG.AZ ailem.az-a istinadən duzla hazırlanan maskaları təqdim edir.

Tarazlaşdırıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.

Hazırlanması:

İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız parçayla üzünüzdən yavaşca silin. Daha sonra məsamələri daraltmaq üçün üzünüzü soyuq su ilə yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluğunu edin.

Yağlanmanın qarşısını alan tonik

Duz dərin məsamələri təmizləmə və yağ istehsalını tənzimləmə təsiri sayəsində sızanağa yol açan bakteriyaların dərimizdə yığılmasına əngəl olur.

Hazırlanması:

Bir çay qaşığı dəniz duzunu 100 qram isti su dolu şüşədə əriyənə qədər qarışdırın. Təmizlənmiş dərinizə sürtün, ya da asan və mütəmadi istifadə üçün sprey şüşəsi ilə üzünüzə püskürdün. Bunu gündə gündə bir, ya da iki dəfə tətbiq edin.

Yumşaldıcı pilinq

Duz ölü dərinin təbii yollarla soyulmasına kömək edir. Həmçinin dərini yumşaldan və nəm tarazlığını təmin edən minerallar baxımından da olduqca zəngindir.

Hazırlanması:

Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın, içinə kakos yağı əlavə edin. İstərsəniz sevdiyiniz esans yağlarından da 10 damcı qata bilərsiniz. Hazırladığınız pilinqi hamam lifi ilə, ya da ovcunuzla dərinizə yavaş hərəkətlərlə vurun.

Təzələyici pilinq

Duz dəri üzərindəki ölü hüceyrələri təmizləyir, beləcə, dərinin təzələnməsini təmin edir. Hazırlayacağınız pilinqin içərisindəki aloe vera dərinizi nəmləndirib bərpa edərkən, lavanta qan dövranını artıraraq hüceyrə təzələnməsini sürətləndirəcək.

Hazırlanması:

Yarım stəkan duzu yarım stəkan saf aloe vera geli, bir xörək qaşığı qurudulmuş lavanta çiçəyi və 10 damcı lavanta esanslı yağ ilə qarışdırın. Bu qarışım qalın bir məcun halında və quru olarsa, içinə bir neçə damcı yağ əlavə edə bilərsiniz. Hazırladığınız pilinqi bir liflə, ya da ovcunuzla dərinizə yavaş hərəkətlərlə yedirin.

Rahatladıcı duz vannası:

Duz dərinizdəki məsamələrə girən çirki və toksinləri təmizləyir. Duzun tərkibindəki minerallar dəridə qoruyucu baryer yaratmağı təmin edir və dərinin nəmini qoruyur. Dəniz duzundakı maqnezium bədənin su tutmasını ve şiş yaranmasını azaldır.

Hazırlanması:

İsti su ilə doldurduğunuz hamam vannasına yarım stəkan duz əlavə edin və 15, ya da 30 dəqiqə bu duzlu suda dərinizi dincəldin.

Kəpəyin qarşısını alır

Duz saçda kəpəyin yaranmasını azaldır. Eyni zamanda, yağı əmər, saç dərisini nəmləndirərək göbələk və kəpək yaranmasının qarşısını alar.

Hazırlanması:

1-2 çay qaşığı duzu saç dərinizə səpin. Barmaqlarınızı isladıb saçınızı 10-15 dəqiqə yavaşca masaj edin. Sonra hər zamanki kimi yuyun və kremləyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1643   Tarix: 29 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018