Bakı məktəbində BİABIRÇILIQ: Müəllim həmkarlarının porno videosunu çəkib, şantaj etdi - İDDİA+VİDEO
Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbdə əxlaqsız olay baş verib.
BiG.AZ Faktor.Az-a istinadən xəbər verir ki, saytımıza daxil olan məlumata görə, 281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia olunur ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.
Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər.
İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.
Mənbə bildirir ki, belə bir rəzil olaydan sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.
Faktor.Az-a daxil olmuş məsələni araşdırmaq məqsədi ilə 281 saylı orta məktəbin direktoru Gülşən Əliyevayla əlaqə saxlayıb. Direktor qeyd edibi ki, hadisə ilə bağlı şayiələrdən xəbəri var, lakin əlində heç bir sübut olmadığı üçün ciddi tədbir həyata keçirmir: "Mənim əlimdə heç bir sübut yoxdur. Onların işi hazırda Bakı baş polis idarəsindədir, mən bildiyim qədəri ilə. Mən hazırda tədbirə gedirəm. Ona görə Səkinə müəllimlə danışa bilmədim. Lakin Xanım müəllimə ilə söhbət edə bildim. O da deyir ki, sizin əlinizdə fakt yoxdur. Əgər mən onları işdən azad etsəm, onlar özləri məni məhkəməyə verər ki, siz hansı əsasla bizə böhtan atıb, işdən çıxarırsınız. Mən onlara dedim ki, bu cür söz-söhbət eşidirəm. Bu hadisələr müəllim adına layiq deyil. Hər kəs xasiyyətimi bilir ki, mən bu cür hadisələr necə yanaşıram. Bu barədə heç bir rəsmi qurumdan mənə məlumat daxil olmayıb".
Daha sonra adı hallanan Səkinə xanım bizimlə əlaqə saxladı:
"Səkinə müəllim deyilən şəxs mənəm. Qızım, mən elə insan deyiləm və bunlar hamsı sadəcə şayiədir. Harda deyirsiniz mən sizinlə görüşüm. Mən sizinlə harda görüşüm? Məni başa düşün, sizi görmək istəyirəm.
- Hazırda siz bizimlə əlaqə saxlamısınız və açıqlamanızı dinləməyə və dərc etməyə hazırıq.
-Xahiş edirəm görüşək. Belə etməyim mən beş uşaq anasıyam. Ana kimi səndən xahiş edirəm.
Müdriyyətlə də danışım.
Mən bu biabırçılığıa dözə bilmərəm. Yalan, ya doğru. Mən özümü maşının altına atacam, bax sizə deyirəm".
Qeyd: Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin və Təhsil Nazirliyinin münasibətini də açıqlayacağıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8649 Tarix: 27 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281