Pensiyaçılara VACİB XƏBƏR

Pensiyaçılara VACİB XƏBƏR"Azərbaycanın pensiya qanunvericiliyi dünya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır".

Bunu BiG.AZ-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Elman Babayev qeyd edib ki, Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir: "Bu sistem sığorta prinsiplərinə əsaslanır. Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır".

Elman Babayev vurğulayıb ki, təəssüf ki, bəzi ekspertlər sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tuturlar: "Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var. Qanunvericiliyə görə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə bilərlər.
Pensiya təminatı sistemində 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib. Bu islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır.
Pensiya təyinatının bilavasitə toplanmış sığorta kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik staj tələbi də aradan qaldırılıb.
Belə ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib".

Nazirlik rəsmisi söyləyib ki, pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub: "Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb. Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 160
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 157
.

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, həm ikitərəfli məsələlər, həm də Ermənistan-Aİ tərəfdaşlığı və regional mövzular gündəmdədir. Geniş tərkibdə iclasdan əvvəl Ermənistanı

06.05.2024 147
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 114
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 249
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 188
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 140
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 265
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 148