Dost qatili: "Əzab çəkməməsi üçün əllərimlə boğdum..."

Dost qatili: "Əzab çəkməməsi üçün əllərimlə boğdum..."Bakı Ağır Cinayətlər Məhkəməsində Amal Zülfüqarovun (1995-ci il təvəllüdlü) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Qətl ötən il avqustun 14-də Qobustan qəsəbəsində yerləşən kafedə baş verib.

Dava zamanı Qismət Məmmədli bıçaqlanaraq öldürülüb, daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Cinayətin Amal Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, avqustun əvvəllərində Nabranda "Atlant" istirahət mərkəzində olarkən Amal Qismətin ona baxmasına iradını bildirib, buna görə aralarında mübahisə yaranıb.

Daha sonra Zülfüqarov dostunun, xaricdə yaşayan bacısı ilə telefonla danışmasından şübhələnib və bundan hiddətlənərək, onu qəsdən öldürmək qərarına gəlib.

Qobustanda, kafedə yığışıb, domino oynayarkən Amal Qismətə arxadan yaxınlaşıb, əvvəl boynundan bıçaqla zərbə endirib, sonuncu ona tərəf dönəndə sinəsindən xəsarətlər yetirib. Yanlarında olan Tələt və Haldun kəsici aləti əlindən almaq istəsələr də, o bıçaqla onları da vurub. Sonra, xırıldayan Məmmədlini boğaraq, qətlə yetirib.

Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib. İfadəsində Qismətlə dost olduğunu bildirib:

"İstirahət mərkəzində olarkən mənə qarşı fərqli davranışını hiss etdim, mənə tərs-tərs baxırdı. Səbəbini soruşanda, söyüşlə cavab verdi. Yanımızdakı uşaqlardan səbəbini soruşdum, heç kim səbəbini bilmədi.

Bundan bərk əsəbiləşdim. Evə qayıdandan sonra, hadisə günü Qobustanda, kafedə görüşdük və Qisməti vurdum. Digər dostlarımı bilərəkdən vurmamışam, ola bilər onlar araya girəndə, bıçaq hansısa bədən hissələrinə dəyib. Qisməti vurduqca bilirdim ki, əzab çəkir. Dedim, ölürsən, kəlməyi şəhadətini söylə.

Gördüm, Allah, Allah deyir. Əzab çəkməməsi üçün əllərimlə boğdum. Təcili yardımın işçiləri kafeyə girmək istəyəndə, qoymadım yaxınlaşsınlar. Artıq ölmüşdür, qadınların yaxınlaşmasını istəmədim".

Məhkəmə baxışı davam edir.

mənbə: oxu.az
Dost qatili: "Əzab çəkməməsi üçün əllərimlə boğdum..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 382
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 120
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 336
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 765
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 353
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 387
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 224
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 126
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 763