Bakıda 1-ci sinif şagirdini zorlayanlardan biri imkanlı şəxsin oğludur

Bakıda 1-ci sinif şagirdini zorlayanlardan biri imkanlı şəxsin oğludurBakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır. Virtualaz.org həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.

Mənbəmizin bildirdiyinə görə hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb. "Hadisənin olması dəqiqdir. Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq. Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur"-məktəbdəki mənbəmiz deyib.

Qeyd edək ki, bu dəhşətli cinayət əməlini bilib gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Cinayətdən ancaq valideyinlərin mətbuata müraciətindən sonra hüquq-mühafizə orqanları xəbər tutub.

Təhsil çevrələrindəki mənbələrimiz deyirlər ki, Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir. Onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.

Əməkdaşımız isə məktəbdən xəbər verir ki, məktəbin giriş qapısı bağlanılıb, içəri yalnız şagirdlər buraxılır. Hazırda 10-a yaxın polis əməkdaşı məktəbdədir, onlar zorlandığı deyilən uşaqdan, onun valideynindən və sinif müəllimindən izahat alırlar.

Aksiyada iştirak edən valideynlərdən biri deyir ki, oğlu həmin məktəbdə 2-ci sinifdə oxuyur. Hadisədən sonra məktəbə müşahidə kameralarının quraşdırılmasını, həmçinin ayaqyoluna nəzarətçi qoyulmasını tələb edirlər: "Hadisə 1 həftə əvvəl baş verib, amma valideynlərin çoxu bu gün xəbər tutublar. Saat 11-dən məktəbin qarşısına toplanmışıq. Direktor isə deyir ki, bu məlumat yalandır. Amma biz bilirik ki, uşağın valideyni ilə dil tapıblar".

Valideynlər iddia edirlər ki, hadisəni torədən uşaq gizlədilir, əvəzinə aşağı sinif şagirdini günahlandırırlar: "Uşaq əvvəl yuxarı sinifdə oxuyan uşaqlardan ikisini göstərib. Həmin uşaqlardan birinin valideynləri imkanlıdır. Biz yenə toplanaraq araşdırmanın nəticələri ilə bağlı açıqlama verilməsini tələb edəcəyik"

Adını açıqlamasını istəməyən ibtidai sinif müəllimələrindən biri isə deyib ki, zorlama olmayıb, 6-cı sinif şagidrlərindən biri birinci sinif uşağının üstünə qışdırıb. "Zorlama xəbərlərinin kimin tərəfindən yaydığını bilmirik. Yəqin ki, məktəbə qarşı təxribat edirlər".

Polis əməkdaşlarından biri müəllimənin açıqlama verməsinə və şəkil çəkilməsinə imkan verməyib. Məktəbdən çıxan şagrdlərdən biri isə deyib ki, direktor bütün siniflərə tanımadıqları şəxslərlə danışmağı qadağan edib.

263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar Bakı şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır.

Bu barədə virtualaz.org-a məlum olub. Habelə Xətai rayon hüquq-mühafizə orqanlarının da bu iddia barədə araşdırma aparır. Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.az-a zorlama xəbərinin yalan olduğunu söyləyib. "Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb".

Hazırda məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. Əməkdaşlarımız baş verənləri araşdırmaq üçün məktəbə yollanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7752   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428