Nazirin nəvəsi yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı – Hər gecə dava düşür - VİDEO

Nazirin nəvəsi yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı – Hər gecə dava düşür - VİDEOBakıda məmur övladlarının özbaşına hərəkətləri hələ də davam edir. Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq bəzən gizli şəkildə bu işləri davam etdirirlər. Onlardan biri də müdafiə sənayesi naziri vəzifəsini icra edən Yavər Camalovun nəvəsidir. Hansısa firmanın adına qeydiyyatda olan 90 AA 788 dövlət nömrə nişalı, "Range Rover" markalı avtomobili idarə edən həmin şəxs Bakının Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın hissəsində altımərtəbəli yaşayış binasının iki mərtəbəsini özəlləşdirib. Birinci mərtəbədə bahalı brendlərin satıldığı mağazalar, ikinci mərtəbə isə restorandır.

Sözügedən restoran əsasən axşam fəaliyyət göstərir. Təqribən axşam saat 8-9 raddələrindən etibarən irada bahalı avtomobillər toplaşır. Parkinq yeri olmadığı üçün həmin maşınlar şəkidə və yolun hərəkət hissəsində saxlanılır. Təbii ki, o cür bahalı restorana gələnlər də sadə vətəndaşlar deyil. Belə ki, ən ucuz avtomobil son model "Mercedes S klass"dır, Bahalı "Audi", "Bentley", hətta son model "Galenvagen" də görmək mükündür. Təqdim olunan videodan da göründüyü kimi bahalı nömrələr (505, 005 və.s) zəngin olan bu avtomobillər ikizolaqlı yolun bir zolağını tam olaraq zəbt ediblər. Yalnız bir zolaqda hərəkət etmək mümkündür. Onalar hətta avtomobilləri piyada keçidinin (zebranın) üstündə saxlayırlar. Səki ilə hərəkət edə bilməyən vətəndaşlar məcbur olub yolun hərəkət hissəsinə çıxırlar ki, bu da qəza şəraiti yaraddır.

Əməkdaşımız həmin ərazidə çəkiliş aparakən Nərimanov rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının (99 YP 268) həmin yerdə xidmət apardığını, lakin ikinci cərgədə və səkinin üzərində, eləcə də piyada keçidinin üzərində park edilmiş avtomobillərə göz yumduğunun şahidi olub.

Ən acınacaqlı məqam isə həmin ərazidə yaşayan insanların restoranın fəaliyyətindən narahat olmasıdır. Belə ki, gecə saatlarında işlədiyi üçün həmişə yüksək musiqi səsi, dava-dalaş səsləri insanları yatmağa qoymur. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, ərazi üzrə polis idarəsinə və digər aidiyyatı qurumlara bununla bağlı müraciət edilsə də, oblektin sahibi nazir Yavər Camalovun nəvəsi olduğu üçün heç bir ölçü götürülməyib. Bu üzdən də hətta sakinlərin bəziləri evlərini satıb binadan köçmək istəyir. Çünki səs o qədər yüksək olur ki, 5 və 6-cı mərtəbələrdə belə gecə yatçaq olmur. Dəfələrlə obyekt sahibinə sakinlər tərəfindən müraciətlər olub. Lakin nazirin nəvəsi özünü elə aparır ki, sanki belə də olmalı imiş.

Avtosfer.az həmin görüntüləri təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1920   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 634
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 155
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443