Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO

Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO

Aprelin 18-də Sumqayıt şəhər sakini, 17 yaşlı idmançı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Xəzər bağları tərəfdə məşqə gedib və itkin düşüblər.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, bu barədə ehtiyatda olan zabit Abuzər Abilov məlumat verib.

Onun sözlərinə görə, Nüsrət ekstremal idman növləri ilə məşğul olub, idmançı kimi müxtəlif yarışlarda iştirak edib, dəfələrlə medal və diplomlar alıb. Bu dəfə də rezin qayıq götürərək, dənizdə məşq edəcəkmiş.

Gənclərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Dövlər Sərhəd Xidmətinə məlumat verilib. Amma 3 gün keçməsinə baxmayaraq, gənclərlə bağlı xəbər yoxdur.

Sumqayıt Şəhər Polis İdarəsi hadisə yerinə baxış keçirib.

Mənbə bildirir ki, gənclərin yaxınları yalnız sahildə axtarış aparılmasına etiraz ediblər. Onlar açıq dənizdə də axtarışlara başlanmasını istəyirlər.

Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO
Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1066 Tarix: 21.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər