Arvadının başqa kişi ilə münasibətindən şübhələndi, başını kəsdi - Azərbaycanda dəhşətli qətl

Arvadının başqa kişi ilə münasibətindən şübhələndi, başını kəsdi - Azərbaycanda dəhşətli qətlİsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.

İttiham aktına görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 xəsarət yetirib.

İki övlad anası olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürüb.

Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, özü fərdi əməklə məşğul olub, arvadı şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini qadını izləməklə təsdiqləyib: "Arvadımı öldürmək niyyətim yox idi. Ona işgəncə vermək, bununla dərs almasına nail olmaq istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə onunla mübahisə etdim.

İşgəncə vermək məqsədi ilə evdə saxladığım xəncərlə onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdim".

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1403   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19.05.2024 262
.

Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad

19.05.2024 1695
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

19.05.2024 135
.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

19.05.2024 139
.

Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Belə ki, o, dostunu xilas edərkən həyatını itirib. Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:. "O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birini

19.05.2024 597
.

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne

19.05.2024 181
.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19.05.2024 186
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

19.05.2024 241
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İran Prezidentini daşıyan helikİran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbayca

19.05.2024 1222