DİQQƏT! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VİDEO

DİQQƏT! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VİDEOARB TV-nin "Günə doğru" verilişində cərimələrin ödənilməsi zamanı yaşanan problemlərlə bağlı sujet efirə gedib.

Sürücülər bəzən cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşırlar. Problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır.

Sürücü cəriməni ödəmək üçün bankavə ya poçta yaxınlaşanda çətinliklə üz-üzə qalır. Çünki ordan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmirlər və sürücü məcbur olur ki, DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.

Ərşad hüseynov (ekspert): "Əgər sürücünün elektron kabineti varsa, həmin prokotol o kabinetə 1 ay ərzində yerləşdirilməzsə, sürücü həmin inzibati qayda pozuntusuna görə, məsuliyyətdən azad olunur. 1 aylıq möhlət var".

Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir.

Ərşad hüseynov (ekspert): "İnternet vasitəsilə ödəmək mümkün olmalıdır. Bank və poçtlardakı ödəniş sistemləri ilə inteqrasiya yoxdur deyə, vətəndaşlar çətinlik çəkirlər. Sistemin qüsurudur".

Digər problem isə sürücülərin qeydiyyat ünvanı ilə bağlıdır.

Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): "Yol patrul xidmətinin inspektorları həmin cərimələri yerində aktivləşdirə bilirlər. Avtomobil sonuncu dəfə kimin adına qeydiyyata alınıbsa, həmin ərazi üzrə DYP-ya göndərilir".

Xarici təcrübədə isə tam fərqlidir.

Ərşad hüseynov (ekspert): "Sürücü yolun bu başında radara düşürsə, onun barəsində elektron protokol tərtib olunur. Küçənin o başına çatana kimi sms gəlir. Küçənin o başında banka ödəyir və çıxıb gedir".

Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): "Sürücü həmin məktubu qəbul etməyibsə, məlumatlandırılmamışdırsa, qərar qəbul edilmir. Əgər qərar qəbul edilmirsə, 1 il keçərsə, o cərimələr xitam olunur".

Əgər göndərilmiş məktuba etiraz olunmursa, 30 gün ərzində cərimə ödənməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 446
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 143
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 221
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 264
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 226
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 211
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 789
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 430
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 0