Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ - ŞİKAYƏT

Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ - ŞİKAYƏTVətəndaşın qaz sayğacı yenisi ilə əvəz olundu, heç bir akt tərtib olunmadı, bir müddət sonra isə sayğacına müdaxilə olunması səbəbi ilə 90 manat cərimələndi.

BiG.AZ xəbər verir ki, hadisə Şamaxı rayonu Osman Mirzəyev küçəsi 46 ünvanında baş verib. Belə ki, vətəndaş Ramazanov İsa bildirir ki, onun sayğacı dəyişdirilərkən bu barədə heç bir məlumat verilməsə də, sayğacına müdaxilə olunması ilə bağlı heç bir xəbərdarlıq edilməsə belə bir neçə aydan sonra bu əsasla cərimələnib.

Həmçinin şikayətçi Ramazanov İsa qeyd edib ki, həmin müddət ərzində "Azəriqaz" İstehsalat Birliyindən ay ərzində bir neçə əməkdaşla təmasda olsa da bu haqda ona heç bir məlumat verilməyib. O sayacının hansı əsasla dəyişdirildiyindən məlumatsız olduğunu və cərimə qismində yazılan məbləği ödəmək fikrində olmadığını bildirib. Həmçinin o qeyd edib ki, yazılan cərimənin heç bir əsası yoxdur.

Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ - ŞİKAYƏTMəsələ ilə bağlı BiG.AZ -a danışan Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev ilkin ehtimala görə prosedurun qanunauyğun şəkildə aparıldığını bildirib:

"Sayğac dəyişdirilən zaman vətənaş bu haqda məlumatlandırılır. Abonent qazsız qalmasın deyə sayğacı yenisi ilə əvəz olunsa da köhnə sayğac əgər müdaxilə olunması ilə bağlı məlumat varsa labaratoriyaya göndərilir. Labaratoriya şəraitində analiz edildikdən sonra ona müdaxilə olunub-olunmaması aydınlaşdırılır. Müdaxilə olunduğu təsdiqini tapdığı təqdirdə isə sayğacın dəyəri və istehlakçının israf etdiyi qazın həcmi cərimə olaraq vətəndaşa yazılır. İlkin ehtimala görə prosedur doğru aparılıbdır. Lakin bunu saytlar və media üzərindən araşdırmaq o dərəcədə doğru olmaz. Vətəndaşın hərhansısa bir narazılığı və şikayəti varsa, istər regional şöbəmizə, istərsə də mərkəzi aparata rəsmi formada müraciət edə bilər. Biz dərhal müraciət üzrə araşdırmalar aparıb məsələni aydınlaşdıra bilərik".

Əhməd Haralı
BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2041   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999