Azərbaycanda maraqlı olay: Gəzir, işləyir, amma ölü kimi qeydiyyatdadır

Azərbaycanda maraqlı olay: Gəzir, işləyir, amma ölü kimi qeydiyyatdadır

Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyevə 35 il bundan əvvəl öldüyü deyilib.

Əlişir Nurəliyev bu ayın əvvəlində Cəlilabad rayonundan avtomobil alıb. Aldığı atvomobili öz adına qeydiyyatdan keçirmək üçün Cəlilabaddakı notariat kontoruna müracət edib. Burada onun təqdim etdiyi şəxsiyət vəsiqəsi etibarsız sayılıb. Əlişir Nurəliyevə deyilib ki, onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin sahibi 1983-cü ildə dünyasını dəyişib.

Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir. Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsindən xəzərxəbər-ə bildirilib ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün. Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1012 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 17.04.2018
Buna deyillər Allah sizə rəhmət eləsin dirilər.