Xəstəxanaya yerləşdirildiyi deyilən xalq artistimizin - SON DURUMU

Xəstəxanaya yerləşdirildiyi deyilən xalq artistimizin - SON DURUMU

Xalq artisti Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər doğru deyil.

BiG.AZ xəbər verir ki, bu haqda Aktyorun çalışdığı rus Dram Teatrının direktor müavini İlham Məmmədov Yenicag.az-a açıqlamasında belə deyib:

“Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilməyib. O, həmin ölkəyə həyat yoldaşı ilə gedib. Teatrda tamaşası yox idi, ona görə də istirahət üçün Almaniyaya yollandı. Orda müayinə üçün xəstəxanada olub. Onurğasında yüngül problem var, bunu şişirtmək lazım deyil. Bir həftə olar ki, gedib, bir-iki günə Bakıya qayıdacaq”.

Qeyd edək ki, Fəxrəddin Manafov “Kulis.az”-a Almaniyada xəstəxanada olduğunu bildirib: “Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

Aktyor bu haqda geniş danışmaq istəmədiyini, lazım gələrsə mətbuata açıqlama verəcəyini deyib.

Xəstəxanaya yerləşdirildiyi deyilən xalq artistimizin - SON DURUMU

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1181 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər