"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir - ŞİKAYƏT

"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir - ŞİKAYƏTSon dövrlər Azərbaycanda problemli kreditlər çoxalıb.Ölkədə baş verən 2-ci devalvasiyadan sonra banklar tərəfindən daha da acınacaqlı vəziyyətə salınan vətəndaşların sayı daha da artıb.

BiG.AZ xəbər verir ki, bu yaxınlarda bankların qurbanına çevrilən belə vətəndaşlardan biri ilə bağlı TİA.AZ-ın redaksiyasına müraciət edilib.Həmin müraciətdə "Nikoil Bank"dan şikayət edilir.

Belə ki,şikayətdə bildirilir ki, Aşurova Vüsalə Yurik qızı onkoloji xəstə olan atasının müalicə etmək məqsədi ilə noyabrın 26-sı 2014 -cü ildə "Nikoil Bank"-dan kreditə 12 min dollar pul götürüb. Sonradan devalvasiya nəticəsində dolların kursu qalxıb və vətəndaş borcu ödəyə bilməyib

Vüsalə Aşurova 2014-cü ildən 2017-ci ilin noyabrınacan "Nikoil Bank"a , götürdüyü 12.0000 dollar müqabilində 23.558 dollar pul ödəyib.

11.000 dollardan artıq pul ödəməsinə baxmayaraq bank yenə iddia edir ki,onun yenə borcu qalıb.

Bu barədə Aşurova Vüsalənin yaxın adamı bildirib.

"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir - ŞİKAYƏT"11 min dollardan çox pul ödənilməsinə baxmayaraq bank deyir ki,5300 dollar əsas məbləğdən, 2800 dollar isə faizdən gecikmə var, onu gətirib ödəyin.

Vüsalə Aşurova tək,kimsəsiz qadındır, balaca bir dükanı var.Bank onu kimsəsiz görüb ona qarşı haqsızlıq edir.Əvvəllər o bankın tərtib etdiyi ödəniş qrafiki ilə hər ay 700 dollar pul ödəyərdi.Dollar qalxdı və o bu məbləği yalnız 6-7 ay ödədi,sonradan borc süni surətdə şişdiyindən daha onun həmin məbləği ödəməyə imkanı çatmadı.

Hətta şişirdilmiş məbləğə görə belə ödənilməmiş 1500-2000 qalmışdı.Ödənişlərin bütün çekləri var.O başladı 200 dollar verməyə.Bank da 2016-cı ildə qanunsuz olaraq ondan zamindən xəbərsiz kredit müqaviləsini uzadıb .

"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir - ŞİKAYƏTAşurova Vüsalə pulu ödəyə bilmədiyi ,imkansız vəziyyətdə olduğu üçün "Nikoil Bank"dan möhlət istəyib, amma bank ona heç bir möhlət verməyib.Bank ədalətsiz olaraq , ödəniş edə-edə onu məhkəməyə verib.Hətta məhkəmədə hakim onun halına açıyaraq deyib ki,"bəs niyə sən 12 dollar artıq ödəmisən,buna razı olmusan?!"İşlə bağlı biz Ali Məhkəməyə müraciət etməyi düşünürük.

Bütün məhkəmə insantisayaları ədalətsiz olaraq bankın xeyrinə qərar çıxarıb.Təsəvvür edin ki,ödəniş çeklərini aparmışam banka göstərdim , hakim dedi ki, "sən onları evdə düzəltmisən. Sizdə o qədər pul hardandır?!." Məzələnir bizimlə.Bu vətəndaşa qarşı məmura yaraşmaz münasibətdir.

Güzəşt etməsi üçün "Nikoil Bank"a müraciət etdik ,amma bankdan qeyri-insaniyyətlik göstərərək dedilər ki,"biz heç 5 manat da keçə bilmərik!".

Bank özü də bilirdi ki,bu kredit onun ağır xəstə olan atasının müalicəsinə görə götürülüb.Bu haqda sənədlər də var,amma bank bunu da nəzərə almadı. Götürdüyü kreditin heç onun atasına da xeyri olmadı; atası xəstəxanada öldü.

Sadəcə bank görür ki,məhkəmələr onların xeyrinə qərar çıxardır,həm də kimsəsiz insandır, bundan istifadə edir,"ayağı yer alır".

Bank görür ki, sakit adamdır,zəng edib təzyiq edən,qorxudan kimi gətirib pul verir, bundan istifadə edir. Bundan baqa Vüsalə Aşurova pulu manatla istəyib, ona isə dollarla veriblər krediti .Kassadan götürdüyü pul da manatla olub ki,bu da başqa bir qanunsuzludur.Bu müştərini aldatmaqdır.

Dolların kursu qalxdı ,kredit problemli kreditə çevrildi,amma "Nikoil Bank" dan nə qədər xahiş edilsə də rəhmsizcəsinə 1 qəpik belə güzəşt etmədi. Bankın işçisi dedi ki,"görürsüz ki,siz bütün məhkəmələri uduzmusuz.Ona görə də dediyimiz pulu qəpiyinəcən ödəyəcəksiniz",- deyə Vüsalə Aşurovanın yaxını müxbirimizə bildirdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3