Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"

Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"Aprel döyüşləri zamanı düşmən işğalında olan 8 mühüm yüksəklik azad edilib, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib və çoxlu sayda döyüş texnikası sıradan çıxarılıb.

Bu döyüşlər zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri də sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

Yenicag.az aprel döyüşlərində Xüsusi təyinatlı qüvvələrin qrup komandiri olmuş gizir Məmmədov Sərxan ilə müsahibəni sizə təqdim edir:

1991-ci il, aprelin 4-də Bərdə rayon Otuzikilər kəndində anadan olan Məmmədov Sərxan Sənani oğlu 2009-cu ilin aprel ayında Naxçıvanda kəşfiyyat bölüyündə xidmət edib. Xidməti başa vurduqdan sonra Gizir hazırlıq kursuna daxil olub və bundan sonra N saylı hərbi hissənin kəşfiyyat tağım komandiri vəzifəsində işləyib. 4 ay sonra Xüsusi təyinatlı qüvvələr kursuna qatılıb və buranı bitirdikdən sonra Xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb. 2018-ci ilin yanvarın 24-ü ordu sıralarından tərxis olub. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilib.

-Aprel döyüşləri zamanı siz hansı istiqamətdə idiniz?
Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"- Döyüş tapşırığı aldıqdan sonra Tapqaraqoyunlu istiqamətinə gəldik. Aprel ayının 1-i səhərə yaxın düşmən səngərinə çatdıq. Yuxarı komandanlıqdan əmr gəldi ki, 40 dəqiqə ərzində Talış kəndini götürməliyik. Kəndi mühasirəyə aldıq. Bizim qruplardan biri düşmən pusqusuna düşdü, onlara köməyə getdik və düşmən qrupunu məhv etdik. Bundan sonra hər kəs öz mövqeyiminə çəkildi. Düşmən boşalmış evlərdə gizləndiyindən böyük evlərin artileriyamız tərəfindən vurulması üçün koordinat verildi. Biz isə digər evlərə girərək gizlənmiş düşmən əsgərlərini məhv etdik.

Üstümüzə yüksək sürətlə gələn "Kamaz"ı mövqe tuturaq pusquya saldıq və sürücünü vurduq. Kamazdan bir zabit düşdü. Ona rusca dedim ki, bura gəl. Gördüm gəlmək istəmir. Əlimlə işarə etdim, yenə gəlmədi. Mənim onun yanına getməyim təhlükəli idi. Tutduğum mövqenin qarşısında dərə var idi, ora enib, yuxarıya qalxmaq olmazdı. Ona görə də nişan alıb, böyründən güllə ilə vurdum. Hazırda xidmətdə olan bir yoldaşımla qaçaraq silahını əlindən almaq istədik. Yanına çatmışdıq ki, əlini cibinə salaraq tapançasını çıxarıb silahını dostuma tuşladı, bu vaxt cəld irəli atılaraq onun başını kəsdim. Hər şey bir göz qırpımında baş verdi və yoldaşımı qorumaq üçün buna məcbur idim. Kamaza baxış keçirdik, avtomobil dolu sursat idi. Mərmini ön posta çatdırırdılar. Həmin öldürdüyümüz zabit "RAST"xidmət rəisi idi, rütbəsi də mayor imiş.

- Kamazı partlatdınız?

Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"- Yox. Komandir dedi ki, bura artıq bizimdir və bu sursat bizə lazım olacaq. Bu zaman xəbər gəldi ki, ermənilər tanklar və toplarla hərəkətə keçiblər. Ancaq vaxt yox idi, düşmən irəliləyirdi. Biz yuxarıdan onlara müqavimət göstərməli idik. Dilsuz adlı yoldaşım "Kamaz"ı partlatmaq üçün əynindəki zirehli jileti çıxarıb, ora tərəf irəlilədi. Ancaq çox keçmədi ki, düşmən tərəfindən vuruldu.

- Zirehli jileti niyə çıxardı?

- Zirehli jilet ağırlıq edirdi. Kamazın yanına gedib-gəlmək üçün isə qaçmaq lazım idi.

- Sonra nə baş verdi?
Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"- Şəhidimiz var idi deyə geri çəkilməli idik. 2 yarımqrupa bölündük. Bir hissəmiz çəkildi, bizim yarımqrup isə orada qaldı və mühasirəyə düşdük. Kömək gəldi, mühasirədən çıxıb, ermənilərin bir postunu aldıq. Digər postu isə ermənilər qoyub qaçdı. Girib oranı götürdük. Şəhid olan yoldaşlarımızı çıxarmaq lazım idi. Tabor komandiri ilə getdik, şəhidlərimizi gətirməyə.

Məmmədov Sərxan söhbətimizin bu yerində duruxur. Fikrə gedir. Bir xeyli səssizlikdən sonra danışmaq istəmirəm deyə bildirir.

Daim bir yerdə olan yoldaşlarımızı cansız görmək…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3066   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sərəncama əsasən, sentyabrın 10-d

17:03 232
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

17:24 239
.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

15:02 256
.

Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır

Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib

21:00 122
.

Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR

İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini

12:18 236
.

Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI

Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas

21:15 110
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 232
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

15:13 245
.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

14:34 387
.