Türkiyədən Putinə əməliyyat öncəsi MESAJ

Türkiyədən Putinə əməliyyat öncəsi MESAJ
ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə qarşı planlaşdırdıqları əməliyyatlar ərəfəsində rəsmi Ankara intensiv olaraq ard-arda diplomatik görüş rolunu oynadı. Rəsmi Ankaranın görüş yeri olması ilə əlaqəli xüsusilə ABŞ və Rusiya arasında "vasitəçimi" sualı gündəmə gəlib.

Ankara tərəfi "vasitəçi" olması ilə bağlı yayılan iddialara nə "hə", nə də "yox" cavabı verib. Keçiriləcək əməliyyatlardan sonra rəsmi Ankara öz mövqeyini açıqlayacaq. Ankara səbrli davrandı və qərb ölkələrinin, yəni ABŞ, Fransa və İngiltərənin diplomatik mesajlarını Rusiya prezidenti Vladimir Putinə çatdırdı. Sadəcə prezidentlərin deyil, digər rəsmilərin də iştirak etdiyi görüşdə Qərbin Rusiyaya göndərdiyi ilk mesaj belə oldu: "Prosesdə hədəf Rusiya deyil, kimyəvi silah istifadə edən Dəməşq rejimidir. Rusiya ilə qızğın qarşıdurma istəmirik".

Ankara bu mesajı Putinə əməliyyat öncəsi çatdırsa da, özünü "vasitəçi" kimi təqdim etməyib. Rəsmi Ankara Qərblə Rusiya arasında tədbirli davranmağı seçib.

mənbə: publika.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 974 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 16.04.2018
Turkiyr hakimiyyeti kimi satqin hakimiyyet yoxdu.