Bakıda vəzifəli məmur bir kisə pulu alan zaman videoya çəkildi – VİDEO

Bakıda vəzifəli məmur bir kisə pulu alan zaman videoya çəkildi – VİDEOVəkil İsmayıl Kəngərli yerli mediaya müraciət edərək, müstəntiq Bahadur Əliyevin qanunsuz hərəkətlərindən danışıb. Onun sözlərinə görə, müstəntiq dələduzluğun qurbanı olmuş İlqar Qurbanovun işini araşdırarkən "hörmət"ə ümid edib və qanunları pozub: "2015-ci ildə İ.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin texniki qurğuların təmiri departamentində işləyib. Departament rəisi Çingiz Məmmədov dövlət vəzifəsi tutmaqla yanaşı, tikinti sahəsində sahibkarlıqla da məşğul olub və İlqara təklif edib ki, onun şəriki olsun. Şərik kimi Qurbanov işə 130 min manat pul qoymalı idi. Nədənsə şübhələnən Qurbanov pulu Məmmədova verməsi anını videokamera ilə çəkib".

Müştərək biznesdən Qurbanov heç bir qazanc götürməyib. Dövlət müəssisəsindəki rəisi isə ona gördüyü işlər barədə hesabat verməyi artıq bilib və tam hüquqlu şərikinə hər hansı faiz ödəməyib. Bunu görən Qurbanov 2017-ci ilin avqustunda vəkil Kəngərli ilə müqavilə bağlayıb və Qaradağ Rayon Polis İdarəsinə müraciət edib. Ç.Məmmədov tərəfindən iri məbləğdə pul vəsaitinin mənimsənilməsi üzrə ərizə müstəntiq Bahadur Əliyevə ötürülüb. Lakin bu qanun keşikçisi düz iki ay rəsmi qeydiyyatdan keçmiş işə baxmaqdan imtina edib və hətta öz rəhbərliyinin göstərişini də qulaqardına vurub.

"Mənim məsləhətimlə Qurbanov Bakı Şəhər Prokurorluğuna müraciət etdi, lakin bu günə qədər prokuror araşdırması da aparılmayıb", – İ.Kəngərli deyir.

Obyektiv olmağa çalışaraq, virtualaz.org müstəntiqin də mövqeyini öyrənməyə çalışıb və xəbər tutub ki, "Qurbanovun şikayətinə baxış müəyyən olunmuş qaydalara tam müvafiq həyata keçirilib". "Mən obyektiv istintaq apararaq işi şəhər prokurorluğuna yollamışam. Hər şey qanun çərçivəsində edilib", – hüquq-mühafizə orqanının işçisi deyib.

Vəkillər Kollegiyası aparatının rəhbəri Fərhad Nəcəfli əməkdaşımıza bildirib ki, müstəntiq 10 gün ərzində ilkin istintaqı başa çatdırmalı idi. "Bundan sonra polis idarəsində iş üzrə qərar qəbul edilməli idi. İş prokurorluğa o zaman göndərilir ki, müstəntiqin hərəkətlərindən şikayət olsun", – F.Nəcəfli bildirib.

Şəhər prokurorluğu isə Qurvanovun işinin düz bir il ləngidilməsinin səbəblərini açıqlamayıb. Lakin vəkillər iddia edirlər ki, bu cür ərizələr prokurorluq tərəfindən 1 ay ərzində baxılmalıdır. (virtualaz)

Bu, Çingiz Məmmədov haqqında ilk şikayət deyil. Ç.Məmmədov "Azərbaycan Dəmir Yolları" ASC-də vəzifədə olduğu müddətdə onlarla iş adamının milyonlarla manatını mənimsəyib. Belə ki, o, Ağstafa, Qazax, Gəncə, Göygöl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda ASC-yə aid yerlərdə təmir işləri gördürüb. Bu işlər üçün büdcədən pullar ayrılıb. Amma həmin işləri görən Cavanşir Əsgərov, Camal Əhmədli və Rahid İbadi kimi sahibkarlara pullarını ödəməyib. Minlərlə manatı mənimsəyib və işdən ayrılıb. Onun bu qanunsuz addımlarını keçmiş rəisi Arif Əgərov da bilib. Hətta iddialar var ki, bütün qanunsuz addımlarından qazandığı pulları onunla bölüşüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2285   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218