Dünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLAR

Dünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLARKanadanın Nava Scotia adasının yaxınlığında yerləşən bu kiçik ada bu günə kimi milyonlarla insanın diqqətini çəkib. Adanı araşdırmaq üçün bura gələn mütəxəssislər təssüf ki, heç bir məlumat əldə edə bilməyiblər. Əfsanələrə görə, insanların bu adaya həddən ziyadə diqqət göstərməsinin səbəbi adada gizli xəzinənin olmasıdır.

Qədim dövrlərdə bu günə kimi insanlar hər zaman gizlədilmiş xəzinələrin varlığına inanıblar. Bu səbəbdən də xəzinə axtarışına çıxan insanların başlarına gələn qorxunc hadisələrin sayı-hesabı yoxdur.

Müxtəlif şayiələrə görə, məhz Oak adasında da heç kimin təxmin edə bilməyəcəyi dəyərdə xəzinə gizlədilib. Haqqında müxtəlif əfsanələr gəzən bu adanı bəzi mənbələrdə "pul quyusu" da adlandırırlar.

Publika.az sizə 221 ildir qazılan, axtarışlar aparılan Oak adasında yerləşən müxtəlif tələlər və qorxunc hadisələrlə bağlı maraqlı faktları təqdim edir:

Bir rəvayətə görə, 1795-ci ilin yaz aylarında 16 yaşlı Daniel McGinnis gəmisi ilə Mahone Körfəzini keçib və Oak adasını gəlir. Əvvəl köhnə cığırlardan meşənin dərinliklərinə doğru yol alan Daniel, daha sonra ətrafında ağacların olmadığı ucsuz-bucasız bir bölgəyə çıxır. Bölgədə yalnız bir böyük palıd ağacı olub. Palıd ağacının budaqlarından biri budanmış və yaxındakı çalaya basdırılmışdı. Ağacın ətrafında qazılmış və sonradan üstü örtülmüş bu çuxur Danielin diqqətini çəkib. Daniel bəlkə də xəzinəni tapan ilk insan olub. Lakin həmin gün evə qayıdıb. Qərar verib ki, ertəsi gün dostları ilə birlikdə buraya yenidən gələr və çuxurun içərisində tam olaraq nəyin gizlədildiyini öyrənər. Məhz bu çuxur sonradan "pul çuxuru" adlandırılmağa başlayıb.

Yenidən əraziyə gələn 3 nəfər yeniyetmə çuxuru qazmağa başlayıb. 9 metr dərinlikdə qazılan çuxurdan heç bir şey tapmayan gənclər geri dönüb ərazidə qazıntı işləri aparmaları üçün Chestera ərazisindəki insanlardan kömək istəyiblər.

Gənclərin nədən bəhs etdiklərini ilk anlayan yaşlı bir qadın olub. O, bölgədə məskunlaşan ilk insanlardan idi. Qadının anası keçmişdə Oak adasında yaşanan qorxunc hadisələrdən danışıb:

"Bir zamanla Oak adasında odlar və qəribə işıqlar görünürmüş. Hadisənin nə olduğunu aydınlaşdırmaq üçün bir gəmi dolusu adam adaya gedib və onlar heç bir iz olmadan yoxa çıxıblar. Həmin hadisənin üzərindən 9 ilə yaxın vaxt keçib, amma o insanların nə ölüsü, nə də dirisi haqqında heç bir məlumat yoxdur."

30 yaşlı Chestera sakini Simeon Lynds hekayədən təsirlənir və gənclərə kömək etmək qərarına gəlir. Daniel və yoldaşlarına qoşulan Simeon 1804-ci ildə əsrarəngiz Oak adasını kəşfə çıxırlar.

Kim tərəfindən, nə zaman və nə üçün qazıldığı bilinməyən çuxuru gənclər daha əvvəl 9 metr qazmışdılar. Daniel və yoldaşları gördükləri mənzərə qarşısında təəccübləniblər. Aradan çox vaxt keçməsə də çuxurda əlavə qazıntı işləri aparılmışdı.

Müəmmalı çuxurun qazıntılarına davam edən dəstə hər üç metrdən bir çuxurun içərisində eyni ağac kötüklərinə rast gəlib. 12 metrdən sonra isə kötüklərin üstündə bir kömür təbəqəsinin olduğu görülüb. 15 metrdən sonra çuxurda bir qat şüşə örtük olduğu görülüb. Qazmağa davam edən dəstə 18 metrdən sonra hindqozu lifləri ilə örtülmüş bir qat tapıb. Nəhayət 27 metr dərinliyə çatan qrup ən qəribə şeyi kəşf edib. Çuxurun dərinliyində üzərində qəribə bir yazının həkk olunduğu daş tapılıb. Daşı çıxardıqdan sonra quyuya mənbəyi bilinməyən yerdən su dolmağa başlayıb. Qazıntılar yarıda qalıb. Daniel və yoldaşları müəmmalı şəkildə yoxa çıxıb.

Bir il sonra Oak adası haqqında eşidən başqa bir dəstə bu adanın sirrini araşdırmağa başlayır. Qazılan quyuya paralel quyu qazaraq dərinlikdə nəyin gizlədildiyini öyrənməyə çalışan bir başqa qrup qazıntıları yarıda saxlamalı olur. Lakin qazıntılar nəticəsində müəmmalı şəkildə quyuya dolan su tapılır. Çuxur ətrafında dənizə təxminən 150 metrlik su yolu gedib. Qazıntılar 45 il ərazində dayandırılır. Qazıntı aparan insanlar sonradan yoxa çıxırlar. İnsanlar onların hansı səbəbdən yoxa çıxmasını hələ də başa düşə bilmir.

1849-cu ildə bir şirkət lənətlənmiş Oak adasındakı qəribə quyu üzərində araşdırma aparmaq üçün yola düşür. Bu dəfə qazıntılar nəticəsində quyudan paxla formalı maraqlı üç kiçik qızıl zəncir tapılır. Lakin quyudan çıxarılan qızıl halqalar torpağa qoyulan kimi yox olublar. Səbəbi isə heç kimə məlum deyil. Şirkət əməkdaşlarının adadan ayrıldıqlarını görən şəhər sakinləri sonradan onların da qeyb olması barədə xəbərlər eşitdiklərini deyiblər.

Oak adasında araşdırmalar bu günə kimi davam edir. Pul çuxuru adlanan quyu da qazıntıların aparılması üçün xüsusi güclü texnika ayrılsa da, 221 ildir qazılan quyunun nə sonu, nə də orada gizlədildiyi iddia edilən xəzinə barədə məlumat yoxdur. Buraya düşən insanların sonrakı taleyi barədə isə müxtəlif şayiələr dolaşır.

Dünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLARDünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLARDünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLARDünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLARDünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2744   Tarix: 08 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 213
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları

11.05.2024 276
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

15.05.2024 235
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

08.05.2024 247
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

"Milyarderlərin ən ağıllısı" vəfat etdi

Sağlığında "investisiya əfsanəsi" kimi qəbul edilən "Renaissance Technologies hedcinq" fondunun təsisçisi Ceyms Simons 86 yaşında vəfat edib. Yaratdığı fond onun ölüm xəbərini rəsmi olaraq bildirir. xarici mediaya istinadla bildirir ki, təşkilatın saytında deyilir: "Biz həmtəsisçimi

11.05.2024 283
.

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu üzgüçülük hovuzu olan bir neçə dəbdəbəli villanın sahibi idi, lakin bir anda intihar etmək qərarına gəlib. xarici mediaya istinadən bildirir ki, tailandlı qulluqçusuna təxminən 100 milyon bat (2 milyon 700 min dollardan çox) dəyərində miras qoyan fransız iş qadını Samui adasında özünü öldürüb

12.05.2024 582
.

Xaqani bağı ətrafında yenidənqurma işləri başlayıb

Bakıda yerləşən Xaqani bağının ətrafında yenidənqurma işləri başlayıb. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir müddət öncə Xaqani bağının ətrafı avtomobillər üçün bağlanmışdı

12.05.2024 278