O qız Youtube-dan nə istəyirdi? – Bir intiharın gizlinləri

O qız Youtube-dan nə istəyirdi? – Bir intiharın gizlinləriDünyanın ən məşhur onlayn video platforması Youtube-un ABŞ-dakı mərkəzinə silahlı hücum edib daha sonra özünü öldürən azərbaycanlı Nasim Aghdam qaranlıq pərdəni aralayıb başqa bir məsələyə diqqət çəkir.

1 milyarda yaxın istifadəçisi olan Youtube Google-un 110 milyard dollardan çox gəlirində də xüsusi bir paya sahibdir. Dünyanın üçdə birinin istifadə etdiyi Youtube 2017-ci ildən Googledən gələn gəliri də mənimsəyir.

Google-un bu onlayn video-izləmə platforması sadəcə reklam verənlərin deyil, eyni zamanda bu platformaya video yükləyən istifadəçilərin də gəlir mənbəyidir.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, bu iş sizə bəsit görünə bilər. Deyə bilərsiniz ki, bir pişik videosu çək, Youtube-a yüklə və pul qazan. Əslində isə bu platforma üzərindən pul qazanmaq üçün Google və Youtube-un tez-tez dəyişən axtarış nəticələrini, təqdim olunan videoları necə göstərdiyini müəyyən edən alqoritmaları analiz etmək lazımdır.

100 min dəfə izlənən bir videonun bu videonu yükləyənə qazandıracağı məbləğ Youtube şərtlərində 100-dən çox kriteriyaya görə dəyişir. Üstəlik Youtube üzərindən qazanılacaq gəlir kanalın yerləşdiyi ölkə və yayım dilinə görə dəyişir. Məsələn, ABŞ-da 1000 baxışa gələn gəlir 5-6 dollar civarındadırsa, Türkiyədə bu məbləğ 1 dollar edəcək. Şərtlər belə olduğuna görə bir çox Youtuber xəyal qırıqlığı yaşayır.

Bu dramanın da ən son nüminəsi Nasim Aghdamdır. O, "300 min baxışıma 0.10 dollar?" sözləri ilə Youtube-nin yayım siyasətini tənqid etmişdi.

Nasim Aghdam "kanalındakı videoların filtirlənməsi" və populyarlığının azalması səbəbi ilə Youtube-u günahkar çıxarıb silahlı hücum təşkil etmişdi. Üç adamın yaralandığı terror aktında səbəbkarın intihar etdiyi ortaya çıxdı.

Özəl mərkəzə daxil olarkan Nasim Aghdam şal və eynək taxmışdı. Onun terror zamanı hər hansı bir kimlikdə olmadığı ortaya çıxmışdı. Eyni zamanda Nasim Aghdamın Youtube-dakı hansısa şəxslə birbaşa bağlantısı olmaması da yayılan xəbərlər arasındaydı.

Terror aktından sonra Nasim Aghdamın Youtube-dakı videoları silindi. Azərbaycan kökənli İran vətəndaşı Nasim Youtube-da ingiliscə, farsca və türkcə heyvan haqları, veganlar haqqında videolar paylaşırdı. Videoları sırasında musiqilər yer alan Nasimin Tarkan pərəstişkarı olduğu da ortaya çıxdı.

Nasim Aghdam veb-saytlarındakı videolarda Youtube-un reklam siyasətini tənqid edir. Mindən az abunəsi olan kanallardan reklam ödənilməsinin aradan qaldırılması Nasim Agdhamın qəzəbinə tuş gəlib. Özü bu haqda bunları yazıb:

"Diqqət! Diktatorlar hər yerdə var. Özü də fərqli simada. Onlar sadə adamlardan istifadə edirlər. Onları aldadırlar. Sadəcə pul qazanmağı düşünürlər və bu məqsədə xidmət edirlər. Azadlıq adına insanları robota döndərirlər".

Terrordan sonra Youtube-un baş icraçı direktoru Susan Voycicki bunları söyləyib:

"Silahlı bir terroristin Youtube-a gəlməsinin nə qədər qorxunc olduğunu ifadə edəcək söz tapa bilmirəm".

Bu arada Nasim Aghdamın atası İsmail Aghdam Amerika mediasına açıqlama verib. Onun sözlərinə görə, qızı Youtube-nun ona pul ödəmədiyi üçün qəzəblənib. Daha sonra isə qız yoxa çıxıb və iki gün ondan xəbər gəlməyib.

Atası qızının Youtube-a silahlı hücum edəcəyini polisə bildirdiyini də açıqlayıb. Polisin silahlı hücumdan saatlar əvvəl, gecə saat 2-də maşınında yuxulayan Nasim Aghdamı xəbərdar etdiyi də hadisənin ən maraqlı detallarından biri olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1790   Tarix: 07 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188