Balaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLAR

Balaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARSabunçu rayonu Əmir Bağırov küçəsində - "Balaxanı Oil" neft şikətinə məxsus ərazidə qeyri-qanuni məskunlaşanlar illərdir evlərinin qəflətən söküləcəyi qorxusu ilə yaşayırlar. Şikətin neft ərazilərini mühafizə edən "Tornado" mühafizə xidmətinin bir qrup əməkdaşı ötən həftə Ə.Bağırov küçəsi, 78-də II qrup əlil Hafiz Müseyibova məxsus evi söküb. Yaxınlıqdakı digər evlərin sakinlərinə də xəbərdarlıq edilib ki, günlərin bir günü onların da evlərini sökməyə gələcəklər.

Neftlə çirklənmiş bu ərazidə 1993-cü ildən indiyədək minlərlə ev tikilib. Məhəllə ikiyə yerə ayrılıb, imkanlıların evləri yerləşən ərazi abadlaşdırılıb, asfalt yol çəkilib. Gecəqondu tipli mənzillərə gedən kələ-kötür torpaq yol isə yayın qızmar günləri belə keçilməzdir.

Hafiz Museyibov deyir ki, 2003-cü ildə ev tikərkən bələdiyyə də daxil olmaqla bir neçə təşkilatdan şifahi razılıq alıb. 15 ildir kommunal xərcləri ödəyir. "Həyat yoldaşım və övladlarımı zorla evdən çıxarılıblar. Evin bir otağını, damını söküblər. Yalnız səs-küydən sonra söküntünü yarımçıq saxlayıblar. Amma bir otaq, dam örtüyü sökülüb. İndi 6 və 15 yaşlı övladlaımla balaca bir otağa sığınmışıq, nə mətbəx, nə də hamam var", -şikayətçi virtualaz.org saytına danışıb.

Balaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARMuseyibov deyir ki, Bağırov küçəsində onun kimi qanunsuz ev tikən minlərlə sakin var. Amma villalar deyil, kasıb komada yaşayanlar qorxu altında saxlanılır. Museyibov deyir ki, söküntü üçün gələn mühafizə xidmətinin əməkdaşları evin qanunsuz olduğunu əsas gətiriblər: "Qanunsuz tikililərin sökülməsi üçün məhkəmənin qərarı olmalıdır. Əlil kimi ayda 140 manat pensiya alıram, günəmuzd fəhləlik edirəm. İndiyədək özümə bir mətbəx də tikə bilməmişəm. 15 yaşlı uşaq mənimlə bir otaqda yatır. Gecə-gündüz fikirləşirəm, axı o qədər qanunsuz tikilinin içində niyə məhz mənim komamı sökmək istəyirlər?"

Əmir Bağırov küçəsində bir tərəfdən söküntü getsə də, digər tərəfdə yeni evlər inşa edilir. Sakinlər deyirlər ki, yalnız tikinti zamanı deyil, heç olmasa 2-3 ildən bir söküntü üçün gələnlərlə dil tapmaq şərtdir. Onların haqqını verməsən tikinti aparmağa da qoymurlar.

Balaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARNeftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, həmin ərazidə işlək quyuların yaxınlığında ev tikənlər də var. Hətta bəzi yerlərdə işlək quyuları hasarlayıblar.

"Evlərin tikintisinə o vaxt razılıq verilə bilər ki, geoloqlar orada neft olmadığını rəsmi təsdiqləsinlər. Bu halda ərazi şirkətin balansından çıxarılıb bələdiyyəyə verilə bilər. Məsələn, Qum Adası NQÇİ-yə məxsus torpaqlar inventarizasiya olunub . Çünki orada neftin olmadığı təsdiqlənib", -hüquq müdafiəçisi deyib.

"Balaxanı Oil" şirkətinə məxsus torpaqlarda tikilən evlər isə köçürülməlidir. M.Qəhrəmanlı neftlə çirklənmiş ərazilərin sağlamlıq üçün təhlükəli olduğunu deyir. "Lakin bu o demək deyil ki, vətəndaşa xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan evi sökülə bilər. Bunun üçün məhkəmənin qərarı olmalıdır. Oradakı evlərin söküntüsündən əvvəl proqram hazırlanmalı, adamlar evlə təmin edilməlidirlər. Nəzərə alaq ki, neftlə çirklənmiş ərazidə ev tikdirənlər kasıb, digər ərazilərdə ev almaq üçün imkanı olmayanlardır", -Qəhrəmanlı əlavə edib.

Museyibov və yaxınlıqdakı gecəqonduların sakinlərinin yuxusu ərşə çəkilib, məhəlləyə yada dam gələn kimi evlərin sökülmə qorxusu ilə həyəcan keçirirlər.

Balaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARBalaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARBalaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARBalaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLARBalaxanıda gecəqondusu sökülən əlil: "Otağın birini, damı söküb getdilər…" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1086   Tarix: 07 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 694
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

20:30 85
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

16:57 400
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

20:38 90
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

14:50 356
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

20:45 64
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 115
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 175