"Həmin vaxtı ağır mərmi yanlarına düşüb, iki nəfər şəhid olub, ikisi yaralanıb"

"Həmin vaxtı ağır mərmi yanlarına düşüb, iki nəfər şəhid olub, ikisi yaralanıb"O, aprel döyüşləri zamanı düşmənlə savaşmaq üçün ön cəbhəyə könüllü getmişdi. Elə uşaqlığından arzuladığı kimi, sevdiyi və bağlı olduğu torpaq uğrunda da şəhidlik zirvəsinə ucaldı.

Söhbət Xüsusi Təyinatlı Qüvvələrin giziri, Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərlidən gedir. Valideynləri deyir ki, Nurlan həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq arzusunu reallaşdırmaq üçün yenidən ordu sıralarına yazılmışdı. Beləcə, xidmətini qürurla şəhid olana qədər davam etdirir. Atası Bayram Əsgərovun sözlərinə görə, son danışıqları aprel ayının 2-də olur: "Aprelin 2-də axşamçağı saat 4-də mənimlə danışdı. Amma demədi ki, biz döyüşə gedirik. O haqda heç qəti bilmədik. Sonra da anası ilə danışdı. Elə bil axırıncı günü onunla sağollaşırmış. Deyirdi, ata, narahat olmayın, telefonlar sönsə, özüm zəng edəcəm".

Anası Ziba Əsgərova oğlu ilə qürur duyduğunu deyir: "Mən övladımın igidliyi ilə qürur duyuram. O vətən uğrunda, torpaq uğrunda, müstəqilliyimiz, bayrağımız yüksəklərdə ucalsın, dalğalansın deyə, özünə borc bildi hərb sənətini seçməyi. Mən həqiqətən övladlarımla qürur duyuram. Onlar özlərini doğrultdular. Hər kim olur-olsun, bu torpaqda, bu vətəndə yaşayırsa, bu torpağına vətəninə layiqli övlad olmalıdır".

Nurlan qardaşı İntiqam da hərbçi olub, bir yerdə xidmət ediblər. Şəhid olduğu vaxt onu döyüş meydanından İntiqam çıxarıb. Hər iki qardaş düşmənə qarşı layiqincə döyüşüb.

Şəhidin anası Ziba xanım deyir ki, övladının vətəninə sevgisi olduğu qədər, düşməninə də nifrəti var idi: "Əliağa Vahidin şerindən bir parçanı həmişə əzbər deyərdi. Öz şəkilləri arasına da qoymuşdu. "Mən əsiri-eşqəm öz xalqımın öz yurdumun". Onu fikirləşəndə deyirdim bu sözün böyük bir mənası var. Yəni hər adam o kəlməni işlətmir. Nurlan həqiqətən vurğun idi bayrağına, torpağına, millətinə. Öz xalqına sevgisi güclü idi. Amma düşmənə nifrəti də güclü idi. Bax, Nurlanda bu var idi".

Nurlan aprel döyüşlərində qardaşı ilə çiyin-çiyinə döyüşüb: "Böyük qardaşı da ordaydı. Döyüşdə iştirak edirdi. Yanında olub. Həmin vaxtı ağır mərmi yanlarına düşüb, iki nəfər şəhid olub, iki nəfər yaralanıb. Elə böyük oğlan – qardaşı onu ordan götürüb. Yaralıları götürüb, sonra şəhid olanları götürüb".

"Bizim bir şəhidimiz olsa, min əvəzi dünyaya gəlir deyir" - Ziba xanım. Bunun üçün də övladının qisasının alınacağına əmin olduğunu bildirir: "Bir igid anası ağlamaz, düşmən bizim ağlamağımızı görməməlidir. Çünki onlar elə bilməsin bizim övladlarımızı əlimizdən alırlar. Bizimkilər öz torpaqlarımız uğurunda döyüşüb. Yəni başqa bir ölkənin torpağına göz dikməyib. Amma biz yenə sarsılmırıq. Sarsılmarıq da".

Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428