Zeynəb Xanlarova ilə bağlı 60 illik SİRR AÇILDI - VİDEO

Zeynəb Xanlarova ilə bağlı 60 illik SİRR AÇILDI - VİDEOƏməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb.

BiG.AZ xəbər verir ki, yenicag.az-a danışan S.Abdullayev 60 illik sirlərini bölüşüb: "İlk dəfədir ki, bunu sizə danışıram, Zeynəb özü də oxusa kövrələcək. 1960-70-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində oxuyanda, tələbə qızlarla tanış oldum. Qızların içində ərəb qızına oxşayan, gözəl bir qız vardı. Gözünün gözəlliyi nəyə desən dəyərdi. Məktəbdə bütün oğlanlar onun gözəlliyinə aşiq idi. Bir dəfə dərsdə Zeynəb "Çaharkah" muğamını necə oxudusa, Ağa (Seyid Şuşinskini nəzərdə tutur) heyrətini gizlədə bilmədi. Tələbələrin içində onu təriflədi. Hərçənd Ağa çox ağır təbiətli insan idi, hələm-hələm ürək sözlərini deməzdi. Zeynəb çox cəsarətli qız idi, dedi ki: "Ağa, mən bu muğamı lentə yazdırmaq istəyirəm". Ağa elə an razılığını verdi, Zeynəb həmin muğamı lentə aldırdı. Qadınlar arasında muğamı ilk dəfə lentə aldıran müğənni Zeynəb xanım olub".

S.Abdullayev əməkdar artist fəxri adını almasında tələbə yoldaşının dəstəyini qeyd edib: "Zəng edirəm, amma ona düşmək mümkün deyil. Lakin məni unutmayıb. Bir dəfə efirdə dedi ki, Seyidin çox tələbəsi olub, amma onların arasında iki gözəl səsli tələbəsi vardı; birincisi mən idim, ikincisi Süleyman Abdullayev. O sözdən sonra mənə əməkdar artist adını verdilər. Vallah, heç vaxt "filankəs fəxri ad aldı, mən qaldım" düşüncəsi ilə yaşayan adam olmamışam. Seyidin tələbəsi olmağım elə mənim üçün fəxri addır. Ağa özü də 74 yaşında xalq artisti adını alıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3253   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 4011
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 778
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

06.05.2024 426
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 425
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1090
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 495
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 594
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 332
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 590