Zamiq "PB" seriyalı nömrə nişanını hansı yolla aldı? - EKSPERT AÇIQLADI

Zamiq "PB" seriyalı nömrə nişanını hansı yolla aldı? - EKSPERT AÇIQLADIXəbər verdiyimiz kimi tanınmış müğənni Zamiq Hüseynov özünə yeni 500 min manatlıq "Mercedes"in "S Class 600" modelinin "Maybach" avtomobili alıb.

BiG.AZ xəbər verir ki, yeni avtomobilinin görüntülərini yayan müğənni maşınındakı 10-PB-002 dövlət nömrəsi ilə də diqqəti öz üzərinə çəkib.

Zamiq "PB" seriyalı nömrə nişanını hansı yolla aldı? - EKSPERT AÇIQLADI"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ -a açıqlamasında bir çox müğənnilərin və eləcə də sıravi insanların AA, AS, PB seriyalı nömrələrinin hansı qayda əsasında alındığını açıqlayıb:

"Bu kimi nömrələrin konkret olaraq hansısa bir üstünlüyü və hansısa bir şəxsə verilə bilər kimi müddəası qanunvericilikdə öz əksini tapmayıb. Qanunvericilikdə belə bir şey öz əksini tapmayıb ki, AA seriyalı nömrələr kimlərə verilə bilər, kimlərə verilə bilməz. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin daxili əmri əsasında AA, AS və digər seriyalı nömrələr hüquqi şəxslərə, eyni zamanda dövlət qurumlarına verilir. Hər bir hüquqi şəxs müraciət edərək belə bir nömrə əldə edə bilər.

Sadəcə olaraq seriya və eyni olan rəqəmlərə görə qiymət dəyişir. Belə ki, seriyası və iki rəqəmi eyni olan nömrələr 500 manatdan 1000 manata qədər civarda dəyişir. Adətən bu cür nömrələr xüsusi olaraq dövlət orqanlarına verilir və bəzən də təəssüflər olsun ki, dövlət qurumlarında çalışmayan adamlar belə nömrələrlə maşınlar idarə edirlər.

Bunun qaydası isə belədir. Onlar hansısa bir MMC təsis edirlər və bununla hüquqi şəxs statusu alırlar. Beləliklə bu qaydada həmin nömrələri əldə edirlər. Bu da çox əcaib bir vəziyyət yaradır və digərlərini də gözdən salırlar, digərləri haqqında mənfi imic formalaşdırırlar. Məsələn kimsə AA seriyalı avtomobil idarə edərək qayda pozur, xəbər portallarında isə dövlət avtomobilləri qayda pozur və s. tipli xəbərlər yayılır. Hərçənd ki, o adamın dövlət orqanlarına heç bir aidiyyatı yoxdur. 4-5 obyekti var, Sədərək Ticarət Mərkəzində yeri var, restoranı var və başlayır belə özbaşınalıq etməyə.

Bu cür nömrələri almaq və istifadə etmək heç bir səviyyə göstəricisi ola bilməz. Yəni kimsə o nömrədən istifadə edirsə səviyyəlidir, yaxud adi nömrə işlədirsə səviyyəsizdir deyə bir şey yoxdur. Sadəcə olaraq onun davranışları onların necə bir insan olduqlarını göstərir. İnsanların bu nömrələrə görə kateqoriyalara bölünməsi anormal bir haldır".

Əhməd Haralı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4828   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250