Səfirlik Rahim Namazovla bağlı həqiqətləri AÇIQLADI - FOTO

Səfirlik Rahim Namazovla bağlı həqiqətləri AÇIQLADI - FOTOAzərbaycanın Fransadakı səfirliyi nəhayət Tuluzada iki azərbaycanlı mühacirin güllələnməsi hadisəsi ətrafında getdikcə qızışmaqda olan informasiya kampaniyasına reaksiya verib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, səfirlik bəyanatla çıxış edərək silahlı hücuma məruz qalan Rahim Namazovun jurnalist yox, mafioz olduğunu bildirib. Xəbər verildiyi kimi martın 30-da səhər saatlarında Fransanın Tuluza şəhərinin Kolomie kantonunda kriminal aləmdə özünü "Rahim Şəkinski" və ya "Opasnıy Roma" kimi tanıdan Rahim Namazovun və həyat yoldaşı Aida Namazovanın olduğu avtomobil killerlər tərəfindən atəşə tutulub. Bu zaman 39 yaşlı Aida Namazova başından aldığı güllə yarasından ölüb, Rahim Namazov ağır yaralanıb.

Səfirlik Rahim Namazovla bağlı həqiqətləri AÇIQLADI - FOTOBu hadisə dərhal Fransa və Avropa media ictimaiyyətində geniş rezonans doğurub. Çünki Namazov 2010-cu ildə Azərbaycandan jurnalist adı altında mühacirət edib, iki il sonra ona siyasi sığınacaq verilib. Namazov iddia edib ki, Azərbaycan ordusunda baş verən əsgər ölümlərini araşdırdığı üçün təqiblərə məruz qalıb, həbs edilib, işgəncə görüb. Nəticədə Tuluzada baş vermiş hadisəni aparıcı KİV-lər "Azərbaycan hakimiyyətinin tənqidçisinin güllələnməsi", yaxud "mühacirətdə olan müxalif jurnalistə qəsd" kimi işıqlandırıblar. Hətta ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir xüsusi bəyanatla çıxış edib.

Tuluza meri yerli KİV-lərə müsahibə verərək Namazova hücumun siyasi motivli ola biləcəyini açıqlayıb. Mətbuat bu hadisəni az qala Böyük Britaniyada zəhərlənən Rusiya kəşfiyyatçısı Skripalın işi ilə müqayisə etməyə başlayıb. İş o yerə çatıb ki, Türkiyə və Rusiya mediası da iki gündür "Fransada azərbaycanlı müxalif jurnalistə silahlı hücum" barədə yazırdı. Əslində isə "Rahim Şəkinski" YouTube-də son günlər bir neçə dəfə İstanbulda mənzillənmiş kriminal avtoritet "Lotu Quli"nin ünvanına söyüşlər yağıdırıb. "Lotu Quli"nin tərəfdarları isə onu söyüb və ölümlə hədələyib. Azərbaycan səfirliyi isə bu müddət ərzində susub, qalmaqal bir yana, Fransada kimliyindən asılı olmayaraq iki Azərbaycan vətəndaşının güllələnməsinə operativ reaksiya verməyib.

Səfirlik Rahim Namazovla bağlı həqiqətləri AÇIQLADI - FOTOFransa KİV-ləri yazır ki, Namazov ona məxsus "Yaguar" avtomobilində atəşə tutulub. Bu şəxs sosial şəbəkələrdə xeyli fəallıq edirmiş, amma ünsiyyət çevrəsi kriminal elementlər idi. "Sərhədsiz reportyorlar" beynəlxalq jurnalist təşkilatından isə bildiriblər ki, Rahim Namazovun jurnalist fəaliyyəti barədə onlara heç nə məlum deyil və bu şəxsin Azərbaycandan mühacirət etməsi onların xətti ilə baş verməyib. Nəhayət Fransadakı səfirliyimiz açıq-aşkar Azərbaycana qarşı növbəti miqyaslı informasiya hücumuna çevrilməkdə olan bu kampaniyaya reaksiya verib.

Səfirlik bildirir ki, Namazov əvvəllər Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum edilib və həm Fransanın özündə, həm onun hüdudlarından kənarda mafioz strukturlarla bağlı adam kimi tanınırdı. "Qeyd etmk mühümdür ki, o, Azərbaycanda heç vaxt jurnalist kimi tanınmayıb"-səfirlik bəyan edir. Tuluza prokurluğu isə bildirir ki, martın əvvəllərində Namazov Kolomye polis komissarlığına ərizə ilə müraciət edərək həyatına təhlükə yarandığı haqda bildirib.

Səfirlik Rahim Namazovla bağlı həqiqətləri AÇIQLADI - FOTOMüstəntiqlərin dediyinə görə, ərizəçi deyib ki, ona və ailəsinə qarşı təhdidlər "vətənində məşğul olduğu Fransada isə sosial şəbəkələrdə davam etdirdiyi jurnalist fəaliyyəti" ilə əlaqəli ola bilər. Lakin qeyd etmək lazımdır ki, Rahim Namazovun YouTube-də öz səs yazısı ilə "Lotu Quli"yə və tərəfdarlarına söyüş ünvanlaması da təxminən həmin vaxtlardan başlamışdı. "Lotu Quli" bundan əvvəl də onun kriminal aləmdə liderliyini tanımaq istəməyənlərə xüsusi amansızlıqla divan tutdurub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2256   Tarix: 01 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3